Qanunları Qır…

MODA QANUNU №1

Qırmızı və Çəhraıi rəng bir arada geyinilməz

Qırmızı və çəhrayı rəng  bir arada çox müasir və göz qamaşdıran obraz yarada bilər.Bu qanunu qırmaq üçün nə etməli?

Əsasən qırmızı rəng elementlərinə üstünlük verib çəhrayı kölgələr əlavə etsəniz obrazınız  uğurlu alınacaq.Çılğınlığı da unutmayın …Qırmızı ətək və çəhrayı bluz ,və ya qırmızı şalvar ,çəhrayı triko geyinməkdən çəkinməyin.Bu rənglər bəlkə də  çılğın görünə bilər ,amma qanunlar bəzən onları pozduqda gözəldir!

Bəzən isə geyimin üzərində olan print qırmızı-çəhrayı ola bilər . Siz eyni zamanda al qırmızı rəng ilə çəhrayı rəngin solğun çalarları ilə birlikdə sınaya bilərsiz…Əgər yox, bu rəngləri heç cür uyğunlaşdıra bilmirsizsə, onda birini seçib rəngi bütünlüklə geyinin ,digər rəng ilə isə sadəcə (bir çanta ,ayaqqabı ,kəmər  və s ) kiçik vurğulama edin.