Qış fəsli…Bəyaz qar

Bir çox xanımlar ,soyuq havaların keçdiyi qış fəslində nədənsə ağ rəngdən qaçırlar…Əslində təbiətlə uzlaşmanı nəzərə alsaq ,ağ rəng məhz qışın ,bəyaz qarın rəngidir .Bəzi xanımlar isə ,ağ rəngin tez çirklənməsi  ucbatından bu rəngi qış aylarında istifadə etmirlər.Əslində isə qış aylarında bütünlüklə ağa bürünərək çox sehirli obrazlar yarada bilərsiniz.Son zamanlar dizaynerlər öz payız/qış kolleksiyalarında  bütünlüklə ağ rəngdən istifadə edərək bir daha bunu  sübut edirlər.

1) Belə obrazın yaradılmasında  ən ideal seçimlərdən biri  ağ paltodur .Belə palto uzun olarsa, daha effektiv nəticə əldə etmək olar. Ağ xəz elementi olan palto da istifadə edə bilərsiz.Son zamanlar belə uzun paltolarla ağ kostyum dəsti  və trikonu bir arada geyinmək trendə çevrilib .

2)Ağ rəngdə obraz seçərkən   əsas diqqət yetirəcəyiniz məqamlardan biri  material  seçimidir.Daha çox yun  ,toxunma ( kobud ,qalın),kaşmir ,dəri və s materiallar istifadə etmək daha  zəgin görünüş verəcək.Lakin, bəzən  qaydaları qıraraq maraqlı obraz yaratmaq olar (qışa zidd olan materiallardan istifadə edərək ,güpür,şifon və s )

3)Ağ rəngin də müxtəlif çalarları var ,siz tamamilə ağ deyil ,onun iki çalarını qarışdırıb geyinə bilərsiniz.

4)Tamamilə ağ geyinmək sıxıcı gəlirsə ,onda kiçik bir hiylə ilə rəng qatın ,amma elə edin ki ,çox da seçilməsin .Bu ,pastel tonlar ola bilər.

5)Ağın ən möhtəşəm dostu qaradır. Kiçik bir toxunuşla  (qara kəmər ,qara əlcək,qara corab və s )obrazınıza maraq qata bilərsiniz.

6) Qışda istifadə edilən ağ elementlərdən biri də ağ cins şalvarlardır.Cinsləri siz müxtəlif stillərdə -istər gündəlik ,istərsə klassik variantda  istifadə edə bilərsiz.