Boho Şık…

Boho şık – modabazların sevimli geyim tərzlərindən biri!

Bəs Boho Şıkın anlamı nədir?hansı tip geyimlər ilə bu stili yaratmaq olar?

Əslində Boho Şık stili -Bohemian – bizim qaraçılar adlandırdığımız etnik azlıqların adından gəlmədir.

Hələ 15 -19 -cu əsrlərdə məhz Çexiyadan Fransaya köç etmiş bu etnik azlıqları fransızlar Bohemiens adlandırırdılar.Bu geyimin əsasını – rahat ,enli, təbii parçalar, mühitə, havaya uyğun və davamlı  olan elementlər təşkil edirdi.

Beləliklə,1990 -2000- ci ildən başlayaraq , bir çox dünyaca  məşhur akrtisa və modellərin bu tərzə qayıtması ,onun sürətlə yayılmasına səbəb oldu.Əslində indiki dövrdə geyinilən Boho tək etnik qaraçıların  tərzini deyil, eyni zamanda  özündə – hippi (60-70 -ci illər)hərəkatının tərzini , militari(military-hərbi) ,vintaj ,kantri (country) kimi tərzləri  birləşdirir. Beləliklə ,bu tərzlər birlikdə   BOHO CHİC-BOHO ŞIK stilini yaradır…Bu stilin yenidən yayılması məhz küçə dəbində öz əksini tapdı.

Bu stil 60-70 -ci illərdə özlərini  hippi adlandıran -tarixdə iz qoyan  toplum tərəfindən çox sevildi. Əsasən, əzik- ütülənməmiş köynəklər, uzun – qaraçı ətəkləri və əlavə olaraq cinslər bu insanlarınn özünü ifadə forması idi.Qanunları qırmaq ,sivilizasiyadan uzaqlaşmaq ,təbiətə qayıtmaq məhz BOHO tərzininin fəlsəfəsi idi.

Bu tərzə  “şən  kasıblıq” adını versək daha doğru səslənər- həm daha ucuz və təbii geyimlərdən istifadə edəcək, həm də  özünüzü daha azad və xoşbəxt hiss edəcəksiniz.

Bəs bu stili  necə yaratmaq olar ..

Artıq boho tərzinin öz elementləri olduğu üçün rahatlıqla bu stili yaratmaq mümkündür.

Bunun üçün qarderobunuzda mütləq olmalıdır:

  1. Etnik işləmələri (çiçəklər ,naxışlar və s )olan ətəklər

2.Cins (yırtılmış effekti olan cinslər, cins yələk (jilet) və s)

3.Mütləq  xəzi  olan geyim ( gödəkçə,yələk (jilet) və s)

4.Ayyaqqabı-çəkmələr ( rahat və təbii materiallar -dəri,  zamşa və s)

5. Baş üçün aksesuarlar( papaqlar )

6.Ən əsas element – aksesuarlar (böyük ,nəzərə çarpan- bilərzik ,boyunbağı və s ).Eləcə də çantalar (saçaqlar ,təbii material,xəz )

7 .Müxtəlif kardiqan

8.Toxunma ,kobud boyun şərfləri

9.Müxtəlif rəngli və fakturalı şallar.Çünki , o -incə ilə  kobudu, tünd ilə açığı, bir sözlə əksləri  çox sevir .Ümumiyyətlə, bu stili ən çox  payız ,qış ,yaz fəsillərində yaratmaq daha uğurlu alınır.

Şifon ilə məxmər ,dəri ilə kətan, tvid ilə güpür kimi əks materialları istifadə edə bilərsiniz .

Əsas bu qarmaqarışıq xaosa şıklıq verən isə aksesuarlardır…Aksesuar seçimi zamanı çalışın qarışıq ,gözə çarpan aksesuarlardan istifadə edin.Beləliklə, rahatlıq, azadlıq ,təbiilik və zidiyyəti sevirsinizsə , boho sizin stilinizdir.Ən əsası isə Boho Şık cəsarətli  təxəyyülün nəticəsidir.Bu seçimi seçərkən siz özünüzü  daha cəsarətli hiss edəcəksiniz !