Şortlar yalnız yay üçündür !

Heç də belə deyil!Bu qanunu qırmaq lazımdır.Şortlar ilə payız və qış fəslində də çox rahat və fərqli obraz yaratmaq olar.Əksinə soyuq havada kardiqan ,toxunma sviterlər ilə çox gözəl uyum yaratmaq olar.Cins ,Dəri ,Yun , Velvet kimi materiallardan istifadə etsəniz  həm soyuğu hiss etməyəcək ,həm də qış obrazı yarada biləcəksiniz.Ayaqqabı seçimində isə şortlar payız-qış mövsümündə geyinilən  çəkmələrin hər növü ilə uyğunlaşır .İstər kobud daban ,istər uzun boğaz ,istər sport ayaqqabı və s  rahatlıqla stilinizə uyğun olanı seçə bilərsiniz.Şortları həm bir rəng ,həm rəngarəng corablar  (kalqotki) ilə geyinə bilərsiz .