Qadınlar bunu da etdi!

Neylon corabı boya əvəz etdi…

Xanımlar elə  bir gücə və zövqə malikdirlər ki , ilin hər fəslində , dövrün  hər şəraitində gözəl və baxımlı olmağı bacarırlar .Bu istək xanımlar  üçün  vazgeçilməzlərdəndir.

Bilirdinizmi ,İkinci Dünya Müharibəsi dövründə xanımlar gözəl görünmək üçün və nöqsanları gizlətmək üçün nələrdən keçirdilər?

Ən vacib məsələlərdən biri neylon materialının artıq paraşüt hazırlanması üçün istifadə olunması idi. Corablar isə daha çox neylon materialdan hazırlanırdı. İstehsalı azalan  corabların yoxluğu qadınlar üçün fəlakət idi.

Lakin, xanımlar buna da çıxış yolu tapmışdılar.

BOYA…

Bəli,xanımlar corabsız gəzə bilmədikləri üçün corabı yalançı imitasiya ilə əvəz etməyə başlayıblar. Bunun üçün hətta xüsusi boyalar istehsal olunurdu.Bu boyalarla ayaq boyanır və corab effekti alınırdı. Qələm ilə isə corabın digər elementlərini çəkirdilər.

Müharibədən sonra isə əlbəttə , xanımlar çoxdan gözlədikləri neylon corablarına qovuşdular.