BINI (Beanie ) papaqlar …

BINI (Beanie ) papaqlar …

BINI (Beanie ) papaqlar …şirin simalar

Beanie papaqlar son zamanlar modabazların  qarderobunda sevimli elementlərdən birinə çevrilib. Bu papaqlar ilk dəfə Amerikada hələ Böyük Depressiya dövründən istifadə edilir. Bizim ölkəmizdə isə demək olar ki, son 3-4 ildə trend halını alıb. Bini – toxunma (müxtəlif formada ola bilər uzun, qısa, enli, dar) üzərində (tam ortada) toppuzu olan (və ya toppuzsuz) papaqlardır. Belə papaqlar çox da ciddi görsənməyə bilər, amma, klassik obrazla belə siz bini papaqlar istifadə edərək maraqlı stil yarada bilərsiz. Bu papaqların müxtəlif rəngdə və formada olması onların belə məşhurlaşmasının səbəblərindən biridir.

Bini papaqları necə geyinmək olar?

Əslində bu papaqların əsl geyinmək forması belədir: papağı alnın ən aşağı hissəsinə kimi çəkmək lazımdır.

Lakin modabazlar bu papaqları öz stillərinə uyğun istifadə etdikləri zaman müxtəlif yollar yarandı…

1)papaq tamamilə boş taxılır,yəni tamamilə başda otuzdurulmur.

2)papağın aşağı hissəsini  bir neçə qat qatlamaqla geyinmək olar.

3) papağın üzərinə müxtəlif broş əlavə etmək olar.

4)papağı sanki əzilmiş effekt verərək geyinmək olar.

5)papağın arxa hissəsi şişirilmiş (sallanmış vəziyyətdə ) formada geyinə bilərisiniz.

Yollar əslində çoxdur, əlbəttə sizin üz quruluşunuz  da vacib məqamlardan biridir. Odur ki, bu – isti və rahat papaqlardan istifadə etsəniz öz simanıza yaraşan formanı kəşf edib öz stilinizə uyğunlaşdırın