T -Shirt …Təşəkkürlər Amerika ordusu!

Bilirdinizmi T-Shirt əslində dənizçilərin,pilotların geyindiyi alt geyimi olub ?

Çoxlarımızın sevimlisi olan T-Shirt -lər hələ 19 -cu əsrdə Amerika əsgərləri tərəfindən istifadə edilib.Bu -alt geyimi  pambıqdan olduğu üçün həm rahat ,həm də  tez -tez yuyulmağa davamlı idi. Soyuqdan qorunmaq məqsədilə( üst geyimin altından geyinmək üçün) isə  ideal geyim növü olub. Boynu yumru kəsilmiş qolları qısa olan bu element bədənin T şəklinə oxşar olduğu  üçün məhz T-Shirt adını alıb.İlk T-Shirtlər ağ rəngdə ,sadə olub.Birinci  Dünya Müharibəsində isə amerikalıların  istifadə etdiyi  bu T-Shirt-lər avropalıların nəzərindən qaçmadı.

İsti hava şəraitində bu pambıq T-Shirt-lər   həm yüngül  , həm  rahat ,həm də istehsalatı ucuz olduğu üçün çox sərfəli idi. Beləliklə ,bu element almanlar da daxil bir çox Avropa ordusuna sürətlə yayılmağa başladı.

İkinci Dünya müharibəsində isə gəmiçilərin öz heyət nömrələrini ,adlarını T-Shirt-lərin üzərinə yazması ilə məhz yazılı T-Shirt ideyaları ortaya çıxdı.

Artıq 50 -ciillərdə Amerika və Avropada sürətlə insanlar arasında ,(əsasən də gənclər ) yayılmağa və dəbə girməyə başladı.

Sonralar isə T-Shirt-lər həm müxtəlif rəngləri ,həm müxtəlif yazı ,şəkil printləri ,həm də müxtəlif formaları ilə dəbə gəldi.

Dövrümüzdə -T-Shirt də bir çox geyim növləri kimi ən rahat ,ən çox istifadə olunan elementlərdən birdir.