Bizə yaraşır? Ya Onlara…

Bir çox xanımların sevimlisi olan qarderobunda MUST HAVE adlandırdığı lasinlər (legins,retuz,qamaş) !

Bilirdinizmi ,leginslər əslində kişi geyimi olub?..Moda yaradıcıları bu fürsəti də əldən verməyiblər.Yaxşı ki ,leginsləri kişilərdən oğramağı bacarmışıq

Ümumiyyətlə,geyim tərzlərinin və  yaxud da yeni geyim növlərinin yaranmasında müharibələrin(vəziyyətin,şəraitin ,dövrün) çox böyük rolu olub.

Bir çox geyim növləri kimi , lasinlər də hərbiçilərin bizə bəxş etdiyi bir elementdir.

Ümumiyyətlə,geyim tərzlərinin və  yaxud da yeni geyim növlərinin yaranmasında müharibələrin(vəziyyətin,şəraitin ,dövrün) çox böyük rolu olub.

Bir çox geyim növləri kimi , lasinlər də hərbiçilərin bizə bəxş etdiyi bir elementdir.

Əsl adı -Leggings olan bu ixtiranı  hələ 18-19- cu əsrlərdə kişilər geyinirdilər.Bu elementi  bir çox zabitlər ,generallar və s hərbiçilər daha çox istifadə edirdilər.
Həm şux görünüş üçün ,həm də qorunmaq üçün (müharibə şəraitində ayaqlarını qorumaq üçün) çox gözəl ixtira idi. Birinci leginslər dəridən olduğu üçün onu sulayıb geyinirdilər .Çox dar olan bu leginsləri başqa çür geyinmək mümkün olmurdu. Bu ,əsgərlər üçün sanki  ikinci dəri idi .Çünki , müharibə  dövründə paltar dəyişmək mümkün olmadığından ,uzun müddətli istifadə üçün ideal geyim idi Digər tərəfdən isə bir qədər ağrılı geyim növü idi. Məsələn , 1 -сi Nikolay geyindiyi leginsdən sonra 2 həftə yerindən qalxa bilmirdi.
Bu, material ilə də bağlı idi.Sonralar dəridən zamşa materialına keçildi.Artıq 90-ci illərdən leginslər dəbə girdi və qadınlar üçün vaz geçilməz bir elementə çevrildi. Kişilər demək olar ki , istifadə etmirlər. Buna baxmayaraq bir çox dizaynerlər  leginslərin dəbə girməsi üçün maraqlı kişi obrazları yaradır .Dövrümüzdə leggings əvəzləyici meggings sözü də yaranıb…