Ilin ən qırmızı gününə hazırsız?

14 Fevral “Sevgililər Günü”  ilin ən qırmızı günü olacaq. Bu günü sevgiliniz ,nişanlınız və ya həyat yoldaşınızla keçirərkən, daha gözəl görsənmək istəyirsinizsə oxumağa davam edin…

Valentin gününün əsas rəngi qırmızı hesab edilir.Ona görə də , çalışın 14 Fevral bir müstəsnalıq edib qırmızı və ya çəhrayı rəng çalarlarından istifadə edəsiniz.

Əlbəttə, sizin geyim tərziniz- bu günü necə və harada keçirəcəyinizdən asılıdır.Siz  şam yeməyinə dəvət ala bilərsiz,gündəlik bir gəzintiyə çıxa bilərsiniz və ya hər hansı bir parti ,kluba gedə bilərsiz .Hətta evdə baş başa keçirsəniz belə çalışın bu günə uyğun bir kombin edəsiniz.

1) Gündəlik stil ,rahat geyim

Kino ,gəzinti , nahara dəvət və s .Bu zaman qırmızı rəngdə olan dəri şalvar ,ətək və ya gödəkçə istifadə edə bilərsiz.Geyiminizdə sevgi simvolu olan hər hansı bir printli (ürək,sevgi mesajları) element istifadə edərək sevgi əhvalı qatmaq olar .Əgər qırmızı rəngdə geyinmək istəmirsinizsə, onda obrazınıza müəyyən toxunuşlar qata bilərsiz :papaq,aksesuar ,qırmızı dodaq boyası və s.

2)Eleqant obraz

Şam yeməyi ,konsert və s.

Çalışın klassik obraz yaradasınız, qara ,qızılı və leopard printi  ilə çox gözəl klassik obraz yaratmaq olar ,və ən əsası  kostyum dəsti,klassik şalvar ,karandaş formalı ətək,pencək kimi klassik elementlərdən istifadə edə bilərsiz.

3) Qlamur  parıltı

Parti,klub,karaoke və s .Bu zaman həm bir az casual (gündəlik) elementlərdən istifadə edə bilərsiz ,dəri şalvar (leggins)  ,həm də qlamur geyim elementlərindən .Bu zaman ,balansı qoruyaraq, parti obrazı yaradın.qlamur görüntü üçün  hündürdaban ayaqqabılar ,böyük və parıltılı aksesuarlar, gözə çarpan makiyaj mütləqdir

Əgər fərqli rəngə üstünlük verirsizsə,ən azında qırmızı (çəhrayi) çanta ilə Valentin Obrazınızı tamamlayın. Əgər fərqli rəngə üstünlük verirsizsə,ən azında qırmızı (çəhrayi) çanta ilə Valentin Obrazınızı tamamlayın. 4) Ziyafət

Əgər sizi fərqli gecə gözləyirsə -böyük restoran zalında keçəcək bir gündürsə, mütləq bədən formanıza uyğun olacaq  bir ziyafət geyimi geyinin(güpür ,şıfon,satin,ipək kimi materiallardan istifadə edə bilərsiz) və göz qamaşdırın.

SEVİLMƏK VƏ  SEVMƏK DİLƏYİ İLƏ…