Tutu Ətəklər necə geyinilir

Balerina ətəklər…

Bir çox modabazların sevimlisi TUTU (balerina ətəklər ) Bu ətəklərdən ilk dəfə Parisdə 1832 ci ildə  La Sylphide  səhnəsində  balerina

Marie Taglioni istifadə edərək tamaşaçılarına təqdim edibDaha sonra biz bu ətəkləri Sex and the City serialının qəhrəmanı (moda ikonu )olan Carrie Bradshaw’nun  obrazlarında gördük. Tezliklə, modabazlar arasında yayılaraq sevimli geyim elementinə çevrilən bu ətəkləri istənilən fəsil və istənilən stildə geyinmək olar. Tutu ətəklər müxtəlif uzunluqda və qalınlıqda (çox havalı,qatlı və ya az )ola bilər.Bu ətəklərin daha bir sevimli tərəfi isə sanki,qadınlığı, çılğınlığı vurğulamasıdır.Əgər siz də ,öz obrazınızda bu ətəklərdən istifadə etmək istəyirsinizsə bizim bir neçə məsləhətimizdən yararlana bilərsiz.

  • T-Shirl ilə Obraz
  • Gündəlik bir obraz yaratmaq üçün bu ətəklərlə T shirt geyinə bilərsiz .
  • Cins və ya Pambıq köynəklər ilə obraz – bu tip ətəklər pambıq və cins köynəklərlə çox yaraşır.
  • Crop Top ilə 

Son zamanlar qısa büstiyerlər, toplar dəbdədir.Elə bu tül ətəklər ilə obraz yaratmağın digər bir yolu da Crop toplardan istifadə etməkdir.

  • Pencək ilə obraz

Siz hətta iş geyimi olaraq maskulin (kişisayağı) bir element ,pencək qataraq geyinə bilərsiz.Diqqət edin ətək çox havalı formada olmasın -A kəsimdə olsa daha uğurlu olacaqdır.

  • Dəri gödəkçə ilə obraz

Bu ətəklərə bir az asilik ,bir az da çılğınlıq qatmağın ən yaxşı seçimi dəri gödəkçələrdir.

  • Sviter  ilə obraz

Xüsusən soyuq fəsillərdə istifadə etmək olar.Qalın yun ,toxunma materialda olan sviterlərlə ziddiyətli olan tül maraqlı stil yaradır.