Doğru Qarderoba İlk Addım

Doğru Qarderoba İlk Addım

Hər bir xanımın müəyyən geyim hissələrindən  ibarət bir qarderobu vardır,amma hər kəs qarderobunu düzgün yaratmır.Buna görə də , zamanla- səliqəsizlik yaranır və geyinilməyən ,istifadəsi yararsız elementlərlə  dolub daşan qarderoba sahib oluruq…Bəs doğru qarderobu necə müəyyən edək?
Qarderob ilk öncə bir neçə əsas elementlərlə yığılmalıdır.Bu elementlər Qarderobun əsaslarını təşkil edir.
Qarderobun əsasları nədir?Doğru qarderob qurmaq istəyirisnizsə ,qarderobunuzun əsaslarını müəyyən etməlisiz .Bu hər fərd üçün individual ola bilər və hər fəsil  üçün də dəyişə bilər .
Qarderobun əsası bir -biri ilə uyğun ola biləcək  bir neçə  elementdən ibarətdir.Yəni siz bu cuzi elementlər ilə çoxlu obraz yarada bilirsiz və bunlar hər biri öz aralarında ahənglik yaradır.
Qarderobun əsaslarını təşkil edir
1)Don
2)Kardiqan
3)Klassik Şalvar
4)Pencək
5) Ətək
6)Köynək
7)T-Shirt və s
Bu elementlərin rəng və ya forması isə tamamilə fərddən  fərdə dəyişə bilər.
Vacib deyil ki , bu geyimlər qara və ya boz rənglərdə olsun siz fərqlilik qatmaq üçün mütləq rəng qatmalısınız .
beləliklə qarderobunuzu yaradarkən :
1)Qarderobunuzun əsaslarını müəyyən etməlisiz
2)İldə 2 dəfə Qarderobunuzdakı (artıq geyinilməyən ,dəbi keçmiş )geyimlərdən təmizləməlisiz
3)Hər fəsil üçün 3-4 yeni geyim elementləri  almalısınız