Ağıllı Qarderob …

Ağıllı Qarderob …

Kapsul Qarderob

İlk dəfə 1970-ci ildə Londonda “Wardrobe ” (Qarderob) adlı butik sahibəsi Susie Faux bu kəlməni moda dünyasına bəxt edib -Capsule Wardrobe -Kapsul Qarderob .O bildirirdi ki, çox az geyim almaqla çoxlu obraz yaratmaq mümkündür .Bu cür ağıllı qarderob  -kapsul qarderob adlanır .Siz müxtəlif kapsullar yarada bilərsiz -iş ,gündəlik,səyahət,sport ,kokteyl və s.

Bir kapsul yaratmaq üçün sizin bir neçə elementə ehtiyacınız var.Bunlar Qarderobun əsaslarını təşkil edən elementlər ola bilər.

Don

Kardiqan

Klassik Şalvar

Pencək

Ətək

Köynək və s

Qeyd :alış -veriş edərkən həmişə yaratdığınız kapsulu düşünüb ordakı rəng və materiallara görə seçim edin ki ,səmərəli istifadə edəsiniz.

Belə Qarderob sizə çox fayda verəcək

1)Vaxt itkisi olmayacaq (rahatlıqla kapsuldan hər gün obraz yaradıb geyinəcəksiniz)

2)Qarderobunuz daha səliqəli olacaq yer məhdudiyyəti yaşamayacaqsınız.

3)Alış-veriş zamanı yetəricə pula qənaət edəcəksiniz.

Qarderobun əsaslarını yaradarkən isə ilk atacağınız addım:

1)öz stilinizi2)bədən və üz formanızı 3)dəri rənginizi müəyyən etmək olacaq.

Daha sonra qarderobunuzu təmizləyin ,köhnə işlətmədiyiniz geyimləri uzaqlaşdırıb saxlayın.

Kapsul yaradarkən bir neçə qaydadan istifadə edə bilərsiz

1)bir-biri ilə uyğun rənglərdən

2)bir-biri ilə uyğun materiallardan

3)fərqli rəng ,amma eyni materiallardan

4)fərqli material,amma eyni rəng çalarları

5)Printlərin rənglərindən birindən istifadə edərək

Kapsul qarderobda vacib qaydalar var

Birinci ,alış-veriş edərkən çox qatlı geyim elementi almaqdır.

Məsələn Don-Kardiqan ,Top-Pençək  birgə

İkinci ,məqam aksesuarlar və digər detallardır.Siz həm müxtəlif aksesuarlar, Həm də üzərində işləmələri olan ,detalı olan geyim elementi ala bilərsiz.

Üçüncü olaraq ,unutmayın Üst hissə geyimi 2-3 dəfə alt hissədən çox olmalıdır.Yəni sizin 1 ətəyiniz ola bilər ,amma ən azından 2 bluzunuz olmalıdır.

Dördüncü ,Don – həm kombinlər etmək daha rahatdır,həm formanızı üzə çıxarır və ya korrektə edir,həm də ,qadınlıq elementidir.