Sən Şopoqoliksən?

Sən Şopoqoliksən?

Hər bir insan alış-veriş edir ,xüsusən də xanımlar …Ya ehtiyacı olduğu üçün , ya da sadəcə özünü yaxşı hiss etmək ,zövq almaq üçün .Bəzən alış-verış etmək bir xəstəlik dərəcəsində insanı bürüyür .Bəs siz necə ?Alış-verişdən nə dərəcədə asılısız? Bunu bilmək üçün bir neçə məqama toxunacağıq.Bu sualları özünüzə versəniz ,asılılıq dərəcəsini də anlayacaqsız

Həmişə bir-birinə bənzər geyimlər alırsızmı ?

Şopinq zamanı özünüzü yenə eyni qara bluz alarkən tutdunuzsa  ,hesab zamanıdır:bu bluzdan əgər artıq qarderobunuzda xeyli sayda varsa demək bu artıq asılılıq göstəricisidir.

Son qəpiyiniz olsa belə alırsız?

Büdcəniz sarsılmışsa ,və ya ödəmələriniz ,borclarınız  varsa və siz bu halda belə son pulunuzu geyim alırsınızsa ,”yemərəm ,ancaq o ayaqqabını almalıyam ” deyirsinizsə artıq  siz şopoqoliksiz.

Instagramda Facebookda  paylaşmaq üçün şopinq edirsiz?

Sosial Media artıq həyatımızın böyük bir hissəsini əhatə edir.Bəzi xanımlar sırf markanı sevdiyi üçün yox ,məhz onu paylaşmaq üçün “ona sahibəm ” deyə göstərmək üçün alış-veriş edirlər .Əgər siz də aldığınız bir geyimi paylaşmasanız ,nəsə bir boşluq hiss edəcəksinizsə ,ayaq saxlayın və düşünün , asılılıq- həddini aşa bilər.

Eyni geyimin həm əslini,həm də saxtasını alırsız?

Əgər bahalı bir markanın sevimli elementini almısınızsa ,amma yenidən onun saxtasını və daha ucuz qiymətə olanını alırsınızsa ,deməli alış-veriş probleminiz var.Asılılıq danılmazdır.

Sadəcə hər hansı bir brendin vurğunu olduğunuz  üçün alış-veriş edirsiz?

Bəzən xanımlar zövqünə uymasa , bədəninə yaraşmasa belə sırf brendi və ya dizayneri sevdiyi üçün alış-veriş edirlər.Bu ,büdcəyə böyük ziyandır.Əgər sizdə də belə bir hal varsa ,siz  əsl Şopoqoliksiz 🙂