Endirimlər zamanı alış-verişdə etdiyimiz səhvlər…

Endirimlər zamanı alış-verişdə etdiyimiz səhvlər…

Çox pul verib ,dəyərini göstərməyən geyimlər almaq

Bəzən heç diqqət çəkməyən bir elementi əldə etməyə çalışırıq.Tutalım ,klassik qara ətək ,və ya şalvar.Əgər həqiqətən belə bir elementə yatırım eliyəcəksinizsə, onda çox pul xərcləməyə dəyməz.Hələ endirim zamanıdırsa,bu sizi şırnikləşdirə bilər ,amma, inanın sizin aldığınız qara ətəyin 30 AZN və ya 200 AZN dəyərində olmasının fərqinə heç kim varmayacaq.Buna görə də büdcənizə zərər vurmamaq üçün ,çalışın endirim zamanı göstərişli elementlər alasınız.

 Evdə var ,amma, endirimlər yenə eyni elementi almağa vadar edir…

Bəzi xanımlar eyni tərz sahibidirlər, və alış-veriş zamanı bir-birinə bənzəyən geyimləri seçirlər .Məhz endirim zamanı onların etdiyi səhvlərdən ən vacibi də budur.Əgər evdə qırmızı yun sviterinizdən 1-2 dənə varsa, endirim var deyə yenidən ona bənzər sviteri almaq büdcənizə ziyan vuracaq.Alış-veriş siyahınızdan bu tip seçimləri çıxarın .

Hələ öz geyim tərzini tapmamaq…

Bəzən endirimdir deyib mağazalara qaçırıq …Shopping zamanıdır, “Nə gözəldir ,alım arada bir  bəlkə geyinərəm ” deyərək bir çox geyim elementini bu cür düşünüb endirimlər zamanı ala bilərik.Bu tip alış-veriş öz stilini hələ tam kəşf edə bilməyən xanımlarda olur.Heç vaxt geyinməyəcəyiniz bir geyimi almaq çox yanlışdır.Öz tərzinizi bilsəniz o zaman ” çox gözəldir ,amma mənim tərzimə uyğun deyil ,alsam da geyinməyəcəm ” deyərək yanlış xərclər etməyəcəksiniz.

Lüks brendləri izləyin ,amma ,şəbəkə mağazalarından alın

Bir çox brendlər vardır ki,endirim zamanı belə ,qiymətlər çox da münasib olmur .Endirimlər zamanı maksimum istifadə etmək və səhvsiz alış-veriş etmək istəyirsinizsə ,bu markaları izləyin ,amma, orta brendlərdən -şəbəkə mağazalarından alın.Çünki ,son zamanlar  Dolce&Gabbana, Chanel, Gucci, Versace, Armani  və s bir çox lüks brendlərin kolleksiyalarından ruhlanmış, onlara hardasa bənzəyən elementləri  Zara, H&M, Mango və s kimi orta- əl çatacaq zəncir mağazalarda görmək olar.

Alış-veriş  zamanı mütləq obraz yaradın …

Endirim zamanı olsa belə ,çalışın qarderobunuzda olan geyimləri nəzərə alasınız.Aldığınız hər bir parçanı kombin edəcəyiniz geyimlərlə beyninizdə uyğunlaşdırın.Əks halda alacağınız yeni element geyinilməyərək, qarderobunuzun bir küncündə qalacaq.

Bədən formanıza uyğun olmayan geyimləri almaq…

Dəbdir , deyib alış-veriş etmək də bir çox xanımların endirim zamanı etdiyi səhvlərdəndir.Unutmayın bədəninizə yaraşmayan ,sizin formaya uymayan geyimlərə endirimdə olsa belə pul ödəməyə dəyməz!