Qarderobda “Olmazsa Olmaz”

Hər bir xanımın qarderobunda mütləq “Olmazsa Olmaz “dediyi bir neçə  element vardır.Bu dəfə seçdiyimiz elementlər artıq son 2 ildir ki ,Trend olaraq qalır və hələ də davam edir.Bunlar :Oversized Sviterlər və Dəri Ətəklərdir

1)Oversized (Böyük Bədən Ölçüsü Effektli)Sviter

Siz rahatlıqla hər birini müxtəlif geyim elementləri ilə birlikdə istifadə edə bilərsiz …Hər bir stildə Klassik və ya Sport fərq etməz ,əsas aksesuar yanaşmanız doğru olarsa, obrazınız istədiyiniz stilə uyğunlaşacaqdır.Ən maraqlısı budur ki, bu iki seçim bir-biri ilə də çox yaxşı uyum sağlayır.Fərqli stildə  və  rahat geyinməyi sevənlər üçün ideal seçimdir.

Son zamanlar Küçə Dəbində biz bu tip obrazlara çox rast gəlirik.Sizdə əgər Qarderobunuza bu iki elementi əlavə etsəniz bu il dəbli olacaqsınız

Xüsusən fərqli obraz yaratmaq istəyənlər dar formalı yox enli kəsimdə olan ətəklər seçirlər.