Outlet Mağazalardan doğru alış-veriş etməyin yolları

Outlet Mağazalardan doğru alış-veriş etməyin yolları

Öncədən plan qurun

Bəzi Outlet mağazalar reklam tanıtımı etmədən belə endirimli aksiyaları başlada bilirlər.Buna görə də alış-verişə başlamazdan öncə  bəzi məlumatları öncədən öyrənin ,alış-veriş edəcəyiniz məkanları seçib planlayın

Rahat geyinin

Outlet mağazalarından alış-veriş etmək kimi bir planınız varsa, mütləq geyiminizə diqqət edin -çalışın rahat və sport stildə geyinəsiniz.Geyinmə otaqlarında rahatlıqla dəyişə biləcəyiniz geyim olmalıdır.Gəzəcəyiniz zamanı ,yorğunluğu düşünün- sport ayaqqabılar daha uyumlu ola bilər.

Zamanı düz seçin

Belə mağazalarda adamların sıxlıq olan zamanına düşmək istəmirsizsə ,ya səhər tezdən ,ya da axşama yaxın gedin.Ən birinci olaraq ən sevdiyiniz markalara baxın.

 Araşdırma aparın

Geyimlərin əsl qiymətlərini araşdırın,və Outlet üçün olan pərakəndə satış qiymətini bildikdə “daha ucuz tapa bilərəmmi” sualı sizi düşündürməsin.

Qərar verin!

Bəyəndiyiniz Chanel don sabah orda olmaya bilər .Əgər həqiqətən bəyəndinizsə sabah sihayınıza qatmayın həmən alın.Outlet tipli mağazalarda mallar daha tez bitir ,bunu həmişə nəzərə alın.