Bozun 50 Çaları…

Son zamanlar Kino aləmində səs salan Məşhur Fifty Shades of Grey-Bozun Əlli Çaları  filmi  və Moda…

Ümumiyyətlə ,boz rəngə bürünmək və zövqlü görsənmək olarmı? sualı ilə bu yola çıxdıq və araşdırdıq.Həqiqətən də ,son zamanlar bir çox küçə modabazları,moda ikonları ,bloggerlər bütünlüklə boz rəngdə kombinlər edirlər .Bəlkə də bu rəng qış aylarında hava ilə ,təbiət ilə uyum sağlayır və ona görə zövqsüz və ya sıxıcı görsənmir .Əslində Boz rəng bütün rənglərlə uyum sağlayacaq bir rəngdir.Yox ,əgər tamamilə ,boz sıxıcıdır deyirsizsə,onda rəngli aksesuarlardan istifadə edin.Bu rəngdə bir də nəzərə çarpan masculine elementlərdir.Daha çox kişi qarderobunun elementləri ,şalvarlar ,kostyumlar və s obrazınıza kişisayağı stil qatmaq üçün ideal seçimdir.