Qarderobda “Olmazsa Olmaz”

Leopard printi…

Cins və Dəri  kimi Leopard printi də artıq illərdir öz yerini qoruyur,və demək olar ki, dəbdən düşmür hər zaman fərqli formalar da qarşımıza çıxır.Hər bir xanımın qarderobunda MUST HAVE -OLMAZSA OLMAZ dedikləri elementlər arasında mütləq bir leopard printli geyim olmalıdır.Xüsusən də, bu il heyvanı printlər- ən çox da Leopard əsas trendlər arasındadır.Bu dəfə biz qarderobunuza əlavə edə biləcəyiniz Leopard printli Ətək seçdik.

Siz Qarderobunuzda belə bir ətəyə yiyələndikdə ,artıq bir neçə fərqli obraz yaratmağa nail olacaqsız.Qalın toxunma sviterlə ,və ya blazerlə (pencək) ,yaxud da  sadə bol topla müxtəlif obraz yaratmaq olar.Ayaqqabı seçimi də yaradacağınız stilə uyğun dəyişə bilər,istərsə hündürdaban incə ayaqqabı ,istərsə kobud çəkmə və ya uzun botford ,istərsə oxford tipli ayaqqabılar geyinə bilərsiz.Ümumiyyətlə , Leopard ətəyi bir çox rəng  və materiallarla geyinmək olar.Bir gün gündəlik sadə obrazınızda ,digər bir gün şam yeməyində şık bir obrazda ,başqa bir gün isə qeyri -adi stil yaratmaqda sizə kömək olacaq bir elementdir,bir sözlə həqiqətən OLMAZSA OLMAZDIR .