Ofisdə uzun maxi ətəkləri geyinməyin 6 yolu …

Uzun ətəklər ofis geyimlərində  çox nadir hallarda istifadə edilir.Müəyyən işlərdə hətta dress code(geyim üçün qoyulan müəyyən qaydalar) müəyyən edilir .Lakin,uzun ətəkləri doğru formada uyğunlaşdırsaz maraqlı ofis obrazı yarada bilərsiz.Əlbəttə,yaradıcı və ya daha sərbəst işlərlə məşğul olan xanımlar asanlıqla obraz yarada bilirlər.Əgər işiniz yetəricə ciddi bir əhatədədirsə,o zaman bir neçə obraz ideyasına nəzər yetirək.

1) Pencək ilə Obraz

Klassik bir pencək hər zaman sizi xilas edəcək.Çalışın ətəklə uyumlu rəngə müraciət edin,ətək çox əlvan rəngli olmasın ,çox nəzərə çarpmasın.Siz kəmərdən istifadə edərək ,incə görüntü yarada bilərsiz.Əlbəttə ,ayaqqabı  hündür daban ayaqqabı olarsa, tökülən səliqəsiz  bir obrazdan uzaq olacaqsız.

2) Əgər ofisə uzun ətək geyinmək istəyirsizsə , çalışın dəst olan pencək ,ətək birlikdə alın.Bunları həm ,ayrı-ayrılıqda istifadə edə bilərsiz ,həm də birlikdə çox gözəl obraz yarada bilərsiz.Bu zaman ətək dar kəsimdə olsa daha uğurlu ola bilər.

3) Enli ,boş köynəklər ilə Obraz.

Siz kip bir uzun ətəklə ziddiyyətli bir enli köynək seçərək  iş obrazı yarada bilərsiz.Köynək zatən iş obrazının əsaslarından biridir.Obrazınıza bir az maraq qatmaq üçün kəmər ,aksesuarlardan istifadə edin.Saçlar yığılı formada səliqəli olarsa daha doğru olacaq,çünki dağınıq  saçlar enli köynək ilə bir az hippi  obrazı yarada bilər.

4) Rənglər

Əgər siz  solğun ,neytral rənglərdə olan ətəyinizlə canlı rəngli sadə top ,bluz və sviterlər geyinsəniz ,obrazınız o qədər də sıxıcı olmayacaq.Bədən formanız icazə veririsə,beldən olan ətəklərdən istifadə edin,sviteri isə üzərində yox ,məhz ətəyin içərisində saxlayın.

5) Tünd rənglər

Əgər tünd rənglərdən istifadə edərək , ofisdə uzun ətəyinizin çox gözə çarpmaması qərarını vermisizsə,o zaman ətəyinizin materialını fərqli edin,daha maraqlı,daha fərqli bir material olsa ,obrazınız zövqlü və sadə olacaq.

6) Ağ Köynək

Ağ köynək qarderobunuzda varsa,siz müxtəlif printli  və ya rəngli ətəklərlə iş obrazı yarada bilərsiz.Çıçək printli bir ətək ilə geyinilən ağ köynək heç də səliqəsiz görsənmir,yetər ki, ayaqqabı ,çanta seçiminiz də iş obrazına uyğun olsun.

Əgər işiniz və vəzifəniz icazə verirsə ,daha dolğun,fərqli ,daha enli və nəzərə çarpan qadınsı  ətək seçin 🙂