Qarderobumda var :Maxi uzunluqlu ətəklər…

Qarderobunuzda olan topuqdan -Maxi ətəkləri hər fəsildə istifadə edə bilərsiz ,hətta soyuq havalarda belə .Qarşıdan artıq yaz gəlir.Sizin üçün bir neçə qarderob seçimi hazırladıq.Əgər cürbəcür obraz yaratmaq istəyirsizsə ,qarderobunuzda bu elementləri hazır saxlayın .

Sviter,Köynək,Kardiqan,Pencək,Dəri gödəkçə ,Cins gödəkçə

Əgər  bu elementləriniz olarsa siz maxi ətəkləri müxtəlif stildə geyinə bilərsiz.Gündəlik obrazda sviter (bol kəsimli və ya dar )kardiqan istifadə edə bilərsiz.Bu zaman əgər boyunuz qısadırsa bel kəsiminizi göstərmək üçün kəmərdən istifadə etmək olar.Bundan başqa rahat çəkmələr,sport ayaqqabılar ,masculine formalı oxford ayaqqabıları,ballerina ayaqqabıları ( babetlər) istifadə edin.

Obrazınıza Şıklıq qatmaq istəsəz,hündür daban ayaqqabılardan istifadə edin.Dəri gödəkçə və Blazerlər ilə obraz yaratmaq olar.Əslində ətəklərin uzunluğu boyunuza görə dəyişə bilər ,Düzgün ayaqqabı seçimi etsəz obrazınız uğurlu alınacaq.Rəng və material seçimini isə zövqünüzə görə edib öz stilinizi yaradın.Bir neçə nümunələrimizdən yararlana bilərsiz.

Qeyd : maraqlı stil yaratmaq üçün ziddiyətlərdən istifadə edin,şıfon ətəklərlə ,toxunma sviter misal ola bilər .