Dünyanın ən yaşlı çalışan modeli 83 yaşlı Carmen Dell’Orefice

83 yaşlı Amerikalı model Carmen Dell’Orefice ən yaşlı modellərindən biri  olaraq Ginnesin rekordlar kitabına adını yazdırdı.Hələ 14 yaşında avtobusda gedərkən ilk çəkiliş təklifi alan Carmen  15 yaşında artıq VOGUE üçün çəkilirdi.

Carmen 32 yaşında model biznesindən getmək qərarını verir.Lakin 1978 ci ildə artıq 3 cü evliliyi bitən Carmen köhnə fotoqraf dostu Norman Parkinson ilə görüşür ,və bu görüş onu bu biznesə yenidən qaytarır.Norman ona hələ də yaşına görə gözəl göründüyünü və onun şəklini çəkmək istədiyini təklif edir.Məhz bu şəkillərdən sonra onun model karyerası yenidən canlanır.Onun əsas cazibəsi isə yaşlı olsa belə saçlarının təbii rəngini saxlaması  olur.Hal-hazırda Carmen 83 yaşında yenə də podiumlarda modellik edir,reklam və filmlərdə çəkilir.