Qarderobda ona yer ayırın …

Kombinezon (Tulum)

Qarderobunuzda heç olmazsa bir dənə kombinezon varsa,davamını oxuyun…Bu dəfə cins kombinezon ilə yarada biləcəyiniz obraz ideyaları ilə bölüşəcəyik.Əslində modabaz xanımın qarderobunda öz bədən formasına uyğun olan bir kombinezonu olmalıdır,  bir çox situasiyalarda sizi xilas edəcək bu geyim elementini bir neçə formada geyinə bilərsiz.

1)Əgər Balağı Enli (Trapetsa) kəsimli kombinezon seçimi etmisinizsə,bu boyu hündür göstərmək ,daha göstərişli görünmək üçün əla variantdır.Hündür daban ayaqqabının üzərini örtən balaq vizual sizin ayağınızı uzadacaq.

2) Hündür daban incə ayaqqabı ilə obraz .Bir az qadınsı və cazibədar obraz yaratmaq istəsəniz ayaqqabı seçimini doğru edin.Klassik stil daha uyumlu olacaq.Bu zaman kip oturan kombinezon olsa daha yaxşı seçim olar,balağı qısa və ya qatlanmış formada geyinə bilərsiz.

3) Sport Obraz.Kombinezon çox rahat geyimdir.Siz sport ayaqqabılar ilə gündəlik , gəzinti ,səyahət və s rahat obraz yarada bilərsiz.Bu zaman kombinezon boş ,enli də ola bilər ,ayağını qatlamaq,belinizə jemper bağlamaq,və ya kombinezonun qollarını aşağı sallamaqla obrazınızı “COOL”edin 🙂