Ofisdə Sneakerslər…

Sneakerslər -Sport ayaqqabılar…Əslində iş zamanı bu tip ayaqqabılar geyinilsə, hər kəs daha səmərəli iş görə bilər.Yorğunluq az olar sürət və enerji çox…

Təəssüf ki , hələ də klassik şalvar və ya dəst kostyum ilə geyinilən sport ayaqqabılar ofisdə ciddi qəbul edilmir,və hətta gülüşə səbəb olur.Bəzən xanımlar sport ayaqqabı ilə daha səliqəsiz görünəcəklərindən və iş zamanı ciddiyə alınmayacaqlarından çəkinirlər.Lakin, əgər sneakerslər doğru seçilərsə ,makiyaj və geyim iş geyimi obrazını tamamlayarsa,heç kim sizin sport ayaqabıda olmağınıza fikir verməyəcək.Əksinə çox rahat özgüvənli hərəkət edəcəksiz.Əlbəttə ,müəyyən iş görüşmələri var ki, həqiqətən sizin o işdə müsbət rəy almanız üçün bəzən hündürdaban ayaqqabı geyinməniz vacibdir.Ofis daxilində isə əgər icazə varsa (sport obrazı geyinməməklə)klassik obrazla rahatlıqla sport ayaqqabı geyinə bilərsiz.Xarici ölkələrdə bu adi haldır,xüsusən Amerika və Avropada.Bəs bu ayaqqabı tipi ilə necə iş obrazı yaradaq? gəlin nümunələrə nəzər yetirək.

1) İş obrazı olaraq qara rəngli cins şalvar və klassik bir köynək seçə bilərsiz,klassik çanta daha məsləhətdir.Obrazda bütün elementlər sport olmasa iş obrazına daha yaxın olacaq və ciddi görüntü yaradacaq.köynəyiniz açıq rənglidirsə,açıq rəngli sneakerlər seçə bilərsiz. Yox əgər deyirsizsə,fərq qatmaq istəyirəm o zaman çox əlvan olmayan rənglər seçmək olar.

2)Ətək ilə obraz yarada bilərsiz.Əlbəttə klassik mini və ya  qələm ətək ola bilər.Maxi ətək ilə də obraz yaratmaq olar.Klassik köynək və ya ağ T-shirt seçin.Sneakerslərdən altı incə olanı seçsəniz daha yaxşıdır.Ətəklə ofisdə kobud sneakers seçimi etməsəniz daha uğurlu obraz alınacaq.

3)Dəstləşdirin.Kostyum və ya bir- biri ilə dəstləşə bilən şalvar ,pencək və s istifadə edərək obraz yaratmaq olar.Neytral  rənglərdən istifadə edin.Daha çox ofis rəngləri kimi  istifadə edilən -qara,ağ ,göy,boz,bej,qəhvəyi kimi rənglər ola bilər.

4)Digər bir obraz ideyası ,klassik şalvar ,köynək və köynəyin üzərindən geyinə biləcəyiniz cemper ,sviter ola bilər.əgər tünd rəngləri seçmisinizsə sneakers ağ və ya digər açıq rənglər ola bilər.

5)Əlbəttə Blazer …Son zamanlar blazer pencəklər bu tip obrazlarda çox istifadə edilir.

6)Rəngarəng və fərqli.Əgər işiniz imkan verirsə obrazınıza fərqli rənglərdə və  formalarda olan don ,ətək ,şalvar ,kostyum qatın.