Vivienne Westwood …Punk stilini Modaya bəxş edən Odur…

73 Yaşlı Britaniyanın Məşhur Dizayneri…Punk stilinin(Punk -1960-1970 ci illərdə yaranan submədəniyyət,cəmiyyətə siyasətə olan tənqidi münasibət)  modada inkişafı məhz bu qadının adı ilə bağlıdır.Vivienne əslində müəllimə vəzifəsində çalışıb ,(rəssamlıq məktəbinə daxil olsa da tez ailə qurduğu üçün məktəbi atmağa məcbur olur-qeyd edək ki, 1 ci həyat yoldaşından 2 övlad və onun adını tanıtdıran WESTWOOD soyadı qalır) lakin 1970 – ci ildə dizaynla ciddi məşğul olmağa başlayıb və ilk”Let it rock”adlı dükanını açıb.Demək olar ki, onların yaratdığı geyimlər həmin illərin gənclərinin sevimlisinə çevrilir. Xüsusən də ,üzərində üsyankar sözlər və yazılar olan T-Shirtlər…Sonralar  Vivienne Sex Pistols qrupundan Malcolm Mclaren ilə tanış olur və onlar birlikdə geyim kolleksiyası hazırlayırlar.Hazırda Vivienne  hər dəfə fərqlənən və insanları təəccübləndirən kolleksiyaları ilə dünyada ən məşhur dizaynerlər sırasındadır.Kolleksiyalarında cəmiyyətin mövzularına da toxunub bir işarə hər zaman vurğulamağı sevir.

Dizayner çox zaman öz geyimlərindən istifadə edir.Qeyri adi və cəsarətli ,avanqard geyimlərə daha çox üstünlük verir.73 yaşına baxmayaraq ,hər zaman modanın nəbzini tutmağı bacarır.