Qış Endirimi yoxsa,Yaz Alış-Verişi?

Qış Endirimi yoxsa,Yaz Alış-Verişi?

Bir tərəfdən cibinizə endirim səsləri gəlir ,bir tərəfdən də yeni yaz kolleksiya mağazalardadır ,xanımlar bu iki seçimdən də geri qalmaq istəmirlər.Hansına pul xərcləmək və daha ağıllı davranmaq haqqında məsləhətlərimizdən yararlanın

1) Trendləri izləyin

Yeni sezon trendlərini mütləq araşdırın və izləyin.Beləcə siz qış endirimlərindən trendə uyğun elementlər tapa bilərsiz.

2) Keyfiyyətə yatırım edin

Keyfiyyətli materiallara üstünlük versəniz, ömrü daha auzun olan bu geyimləri uzun müddət istifadə edə bilərsiz.Endirimlərdə belə yüksək keyfiyyətli geyimlərə pul xərcləməkdən çəkinməyin.

3) Bir sezon üçün nəzərdə tutulan geyimlərdən uzaq durun.

Bir sezon geyinəcəyiniz geyimə pul xərcləmək ən böyük moda səhvidir. Gələn il OUT olacaq bir geyimi almayın. Gələcək ili də düşünün həmişə elə geyimlər var ki, bir neçə sezon geyinilir,cins ,dəri və s.

4) Aksesuarlara pul xərcləyin

Endirim zamanı ayaqqabı ,çanta və ya digər aksesuarlara pul yatırım etmək ağıllı bir alış-veriş qaydalarından biridir.Hər zaman istifadə edə biləcəyiniz sizə yaraşan və zövqünüzdə olan elementlər seçin.

5) Nə alacağınızı bilin

Qiymətlərin düşməsi sizi yanıltmasın ,həmişə nə alacağınızı bilin,geyinməyəcəyiniz elementləri almayın.