1 ətək iki stil

1 ətək iki stil

Şotlandka zolaqlı (daha çox qırmızı ,qara,ağ ,yaşıl rəngli zolaqların birləşməsi olan  ) ətəklər dövrümüzdı həmişə geyinilən printdir,son zamanlar isə daha da trend halını alaraq xanımların vazkeçilməzinə çevrildi.Xüsusən qələm formalı beldən olan  plaid -şotlandka ətəklər… Qarşıdan yaz gəlir ,bu gün bu ətəklərin geyinilməsinin 2 stilili sizə nümunə göstərmək qərarına gəldik.

Əslində bu tərzləri yaratmaq üçün sizə sadəcə hündürdaban ,incə klassik  ayaqqabı və  alçaqdaban ,kobud çəkmə və ya oxford tipli ayaqqabı lazım olacaq.Siz 2 stildə -klassik, feminin ,rock (qələm ətək qadınsı cizgiləri vurğulayır)və gündəlik ,rahat -casual tərzlərini qarışdırıb maraqlı obraz yarada biləcəksiz .Obrazda istifadə edə bilərsiz :

1)Top -Crop Top (Beldən olan toplar)

2) Köynək (cins də ola bilər)

3) Sviter

4) Dəri gödəkçə (Cins gödəkçə)

Beldən olan bu ətəklərlə çox zaman Crop Toplar geyinilir,üzərindən dəri gödəkçə və ya blazer geyinmək olar.Crop olmayan toplardan istifadə edərkən ətəyin içərisində saxlaya bilərsiz ,bol kəsimli sviterlərlə də geyinmək olar .Bu ətəklər daha çox qara ,ağ,qırmızı ,bordo ,yaşıl ,boz rənglərlə uyğunlaşır ,tamamilə fərqli rənglərdən istifadə edərək ekzotik görüntü yaratmaq olar.

P.S-Rənglərin qarışdırılmasında özünüzə limit qoymayın ,qanunları qırmaq həmişə maraqlıdır.

Siz obraz yaradarkən əgər daha feminin görsənmək istəyirsizsə,dəri gödəkçə geyinsəniz belə ,hündür daban ayaqqabı seçin ,rəng öz zövqünüzə görə edin əgər üst hissə qara rəngdədirsə,çalışın maraqlı rəngli ayaqqabı geyinin.

Əgər kobud çəkmə tipli ayaqqabı seçdinizsə ,aksesuarlara diqqət edin ,daha kobud  seçimlər edin.Burada limit yoxdur ,üzərinizdə bir neçə boyunbağı ,saat ,eynək ,bir neçə üzük ola bilər (punk rock tərzində ruhlanın).

Çanta seçimi isə casual tərzdə iri sport tipli çantalar ,incə obrazda isə kiçik (hətta klatç) istifadə edə bilərsiz.