Sarı 2015 yaz/yay trendi…Bəs bu rəngdə obrazı necə yaradaq?

Sarı əslində əsl yaz /yay əhvalını ,günəşi hiss etdirən ,parlaq rəngdir.Təəssüf ki , bu rəngi hər kəs sevmir və ya obraz yaratmaqda çətinlik çəkirlər .Əslində hətta başdan ayağa tamamilə sarı geyinsəniz belə zövqlü və tərzli görünə bilərsiz.2015 yaz/yay trend rənglərindən biri də Sarı rəngidir.Bəs bu rəngi necə kombin edək?

Əlbəttə siz sarı rəngi sevirsinizsə bütünlüklə bu rəngə bürünə bilərsiz.Əgər yox heç bir halda parlaq sarı sevmirsinizsə ,onda onun müxtəlif çalarlarından istifadə edə bilərsiz.

1) Siz sarı don seçə bilərsiz.Bu zaman ya sarını daha parlaq rənglərlə color blocking edirsiz ,ya da əksinə tünd rənglərlə neytrallaşdırırsız.Əlvan rənglərdən Sarı-mavi ,tünd (elektra )göy ,tünd mürəkkəb rəngi,tünd bənövşəyi və s rənglər ilə uyğunlaşa bilir.Tünd neytral rənglərdən ,qara ,bej ola bilər.

2)Siz Dəst Kostyum seçə bilərsiz.Rəng seçimi yenə də  1 ci seçimdəki kimi edə bilərsiz.

3)Sarı rəngli Sviter (bol kəsimli oversized  sviterlər də ola bilər).Bu zaman cins şalvar və ya dəri leggins ,hətta klassik şalvar istifadə edə bilərsiz.Ayaqqabı obrazınıza görə klassik və ya sport ola bilər.

4)Sarı ətək və ya şalvar

5)sarı Kardiqan, Blazer,Jilet,Mont istifadə edin.

6) Sarı və Qızılı.Əslində bir-biri ilə maraqlı uyumu var .

7)Yox əgər bu rəngdə olan geyim geyinmək heç bir halda istəmirsiz və trenddən də geri qalmaq istəmirsinizsə ,son seçim bu rəngdə olan ayaqqabı ,çanta və aksesuar seçimidir.