Printlər İş Obrazında …

Xanımlar çox zaman kostyum  geyinərkən çalışırlar monoton olsun ,daha sadə və ya daha neytral seçim edirlər.Əlbəttə ,ofisdə bu seçimlər məqsədə uyğundur.Lakin,bəzən daha maraqlı iş obrazı yaratmaq olar .Printli kostyumlar (eyni printlər və ya bir birinə yaxın ,oxşar printlər ,hətta bir birindən fərqlənən printlərlə bu obrazları yaratmaq olar) və ya pencək ,ətək ,şalvarların birləşdirilməsindən istifadə edə bilərsiz.Bu geyim heç də qeyri- ciddi görsənmir.Əgər işinizdə müəyyən  limitlər varsa ,çox gözə çarpan rənglər seçməyin ,printlərin isə daha sadə formasını seçin.Bu gün nümunələrimizdə daha çox zolaqlı dəstlər var .Printləri qarışdırmaqdan və ya onlara rəng qatmaqdan çəkinməyin.Əlbəttə ayaqqabı ,çanta ,aksesuar seçimi zövqünüzə görə(klaasik hündür daban və ya alçaq ayaqqabılar və s) seçə bilərsiz.Sadə bluz və ya klassik köynəklərlə bir az neytrallaşdırın dəsti.Obraz ideyalarında nümunələrimizdən yararlana bilərsiz …

Qeyd :Unutmayın  belə printli dəstlərlə ,siz vizual olaraq özünüzü daha incə və ya daha çəkili göstərə bilərsiz.Yetər ki ,printlərin vertikal və ya horizontal , xırda, və ya enli ,böyük olmasını doğru seçin