Alış-Verişə kiminlə gedilməlidir ?

Alış-Verişə kiminlə gedilməlidir ?

Qadınlar alış-verişə gedərkən özlərinə yol yoldaşı seçərkən ya anaları,ya dostları,  ya da  sevgililərini (həyat yoldaşları) seçirlər.Bəs daha doğru seçim kimdir?

İngiltərədə belə bir sorğu keçirilib : qadınlardan onların alış-veriş partnyorları haqqında soruşulub .İlk olaraq önə çıxan ad ana olub.Ən yaxşı alış-verış yoldaşı kimi anaların 1 -ci yerdə olması normaldır.”Bu geyimdə ayaqlarım kobud görsənir ?”sualına əlbəttə analar qədər düzgün cavab verən olmuyacaq.Araşdırmalara görə bu mövzularda hətta ən yaxın dost belə doğru fikir bildirmir.Yalnız 22 % qadınlar dostları ilə alış-verişə getməyi daha doğru bilirlər .Demək olar ki ,bütün qadınları narazı olduğu alış-verış yoldaşı isə həyat yoldaşı və ya sevgililər olub.Kişilərin alış-veriş zamanı səbirsiz olması və seçim etməkdə kömək göstərə bilmədikləri üçün alış-verişə onlarla getmək yanlış seçimdir.

P.S -Heç kimə güvənmirsizsə ,ən yaxşısı özünüz tək alış-verış edin 🙂