Məktəbli qız…

Daha gənc və daha saf  görünmək istəyirsinizsə bu stil sizin üçündür.Podiumlarda ,küçə dəbində tez-tez gördüyümüz bir stil -Məktəbli stili !Əslində bu stili yaratmaq heç də çətin deyil,sadəcə doğru geyimlər seçməklə asanlıqla məktəbli obrazına girə bilərsiniz.Beləliklə, siz bu stili yaratmaq üçün müxtəlif sadə, yaxalıqlı  məktəbli donlar,mini ətəklər (xüsusən ,şotlandka zolaqlı olan ətəklər ),köynəklər ,sviterlər (toxunma,v yaxalıqlı və ya yumru yaxa ),jiletlər,pencəklər , qalstuq,kəpənək qalstuq ,lentlər,corablar ,çərçivə eynəklər vəs kimi elementlərdən  istifadə etməlisiz.Daha çox saf bir obraz yaratdığınız üçün saç ,makiyaj sadə olmalıdır.Əlavə məktəb çantalarını xatırladan  çiyindəm asılma çantalar ilə obrazı tamamlayın.Belə bir obrazı gündəlik və ya iş geyimi kimi geyinə bilərsiz.