Qarderobda “Olmazsa Olmaz”

Bu dəfə Qarderobda MUST HAVE Qırmızı Portfel (Məktəbli Çantası) Çanta oldu.

Bəzən xanımlar qırmızı çantanın hər bir geyimlə uyğun olmadığını düşünürlər.Lakin ,əslində qırmızı rəngli çanta bir çox rənglərlə uyğunlaşır.Qarderobda mütləq 1 qırmızı çanta olmalıdır.Zamanla  neytral rəngli çantaları kənara qoyub ,geyiminizə əhval qatın. Forma baxımından sizin stil və zövqünüz vacibdir.Biz isə sizə son zamanlar trend olan portfel tipli çantalardan seçim etdik .Bu çantalar daha çox rahat və fərqli obraz yaratmağı sevənlərin qarderobunda olmalıdır.Nümunələrimizə diqqət etsəniz ,bu tip çantaların müxtəlif stillərdə ,müxtəlif printli və rəngarəng obrazlarda maraqlı görüntü yaratdığını hiss edəcəksiniz.Bu çantalar həm də ,çox rahat və genişdir