Qarderobda sirr…

Qarderobda sirr…

Hər bir xanım öz bədənini çox yaxşı tanımalıdır.Qarderobunu qurarkən də ,öz bədən forması ,dəri rəngi və s kimi xüsusiyyətləri nəzərə almağa çalışmalıdır.Bəzən xanımlar qüsurlarını gizlətməklə çox uğraşırlar .Əslində isə əksinə daha çox gözəl saydığınız və sevdiyiniz bədən hissənizi vurğulasanız daha özünüzə güvənli görəsənəcəksiniz.Çünki ,hər bir xanım qüsurları doğru gizlətməyi uğurlu edə bilmir.Lakin,bəzi geyimlər var ki ,onlar qarderobunuzda olsa,siz asanlıqla bəzi qüsurları tez bir zamanda yox edəcəksiniz.Bu gün qarın bölgəsində olan problemləmə toxunuruq.Belin qalınlığı və ya qarında olan problem sizi narahat edirsə, oxumağa davam edin. Bu cür problemi hansı geyimlərlə örtmək olar?Növ olaraq belə geyim elementləri çoxdur.Sizlərə bu gün həm bu problemi aradan qaldıracaq ,həm də sizi şık göstərəcək bir seçim təqdim edirik .Peplum Dress adlanan beldən çıxıntıları olan qara Don .Əgər sizin qarderobunuzda belə bir don varsa ,heç bir narahatlığa səbəb yoxdur ,bu donlarda beldən olan çıxıntılı kəsim qarın bölgəsinin problemlərini əla gizlədir ,eynilə beli də incə edir ,qara rəngdə olması isə ümumi çəkini azaldır.Peplum Don ,Ətək və ya Bluzlar həmişə qarderobunuzda olsun!