Loafer ayaqqabıları necə geyinilir ?

Çoxlarının Mokasin adı ilə tanıdıqları Loafer adlanan ayaqqabılar son zamnalar çox trenddir.Əslində eyni zamanda onun çox rahat olması gündəlik həyatda çox istifadəsinə gətirib çıxartdı.Dəridən olan Loaferlərin artıq çox növü mövcuddur.Bildiyimiz mokasin tipli yəni alçaq daban olan (masculine tipli)bu loaferlərin hətta hündür daban və ya platforma altlığı olanlar da istehsal edilir.

Bir zamanlar Audrey Hepburn, Kelly Grace və J. Kennedy kimi şəxsiyyətlər,loaferlərdən  çox istifadə edərək bu ayaqqabıları dəbə salmışdılar

Bəs Loaferləri necə kombin edək ?

Çox sadə 🙂 Loaferlər demək olar ki , hər stil və obrazla geyinilə biləcək ayaqqabı tiplərinə aid edilir.Bir az masculine (kişisayağı)tipi olduğu üçün qadınsı obrazlar yaradarkən bir az diqqət edilməlidir.Siz loaferləri gündəlik gəzintiyə,işə ,səyahətə və s çox rahatlıqla geyinə bilərsiz.Sadə bir ağ bluz ,köynəklə belə maraqlı stil yaratmaq olar .

Loaferləri son zamanlar masculine dəst kostyumlarla geyinirlər ,daha çox iş obrazlarında .

Eyni zamanda ətək və şortlarla da obraz yarada bilərsiz.

Loaferlər əlbəttə ,sadə cins ,leggins və s  çox rahat obraz yaratmaq olar ,fərqlilik etmək istəyənlər rənglər və aksesuarlarla oynaya bilərlər.

Eyni zamanda son zamanlar loaferləri corablarla geyinmək çox dəb halını alıb.Maraqlı obraz yaratmaq üçün corabı da bir aksesuar olaraq qəbul edin 🙂