İstədiyini əldə et !

Rənglərin mövcud enerjisini yəqinki , heç kim danmaz! Həqiqətən də  hər bir rəngin öz anlamı və əhvala təsir edən enerjisi ,gücü vardır.Siz, rənglərin mənasını bilərək istədiyiniz hər bir şeyə nail ola bilərsiz!Bilirdinizmi niyə qırışlara qarşı kremlərin qablaşdırılmasında çox vaxt bənövşəyi rəng istifadə edilir ,və ya bankların çoxu göy rəngə üstünlük verir ?oxumağa davam edin.

1) Göy rəng

Göy rəng həm sakitləşdirici,həm də inam yaradan bir rəngdir .Beləki ,bütün sosial medianın ,sosial şəbəklərin facebook ,twitter və s , bankların çoxunun bu rəngdən istifadə etməsi heç də təsadüfi deyil.Bu rəng insanlarda inam və təhlükəsizlik hissini yaradır.Belə ki ,məsələn iş görüşməsinə gedirsinizsə ,asanlıqla bu rəngdən istifadə edərək özünüzə güvən hissini aşılaya biləcəksiniz.

2)Qırmızı

Qırmızı rəng ürək döyüntüsünü artıran ,həyəcan yaradan bir qüvvəyə malikdir .Heç düşünmüşdünüzmü niyə endirimlər ,xüsusi təkliflər məhz qırmızı rənglə işarə edilir.Bəli ,bu rəng sevgilinizlə görüş zamanı,onu həyəcanlandırmaq üçün geyinəcəyinizi ideal rəngdir

3)Qara

Qara rəng sizə daha güclü ,bir az da aqressiv görüntü verəcək .Qara rəngin xüsusi gücü insana ciddilik qatmaqdır.əgər iş yerində hər hansı bir ciddi qərar qəbul edəcəksinizsə ,və ya toplumda çıxışınız varsa,qara geyim ideal ciddi  enerji verəcək.

4) Bənövşəyi

Bənövşəyi rəng sakitləşdirici təsirə malikdir.Məhz buna görə də ,anti-age-  yaşlanmaya və ya qırışlara qarşı kremlərdə bu rəngdən çox istifadə edilir .Əgər bir dostunuza dəstək olmaq, onu sakitləşdirmək məqsədilə görüşünüz varsa bu rəngdə obrazı seçə bilərsiz.Bu rəng onu sakitləşdirəcək və sizə inamını artıracaq.

5)Yaşıl

Yaşıl rəng gözümüzün ən tez və rahat aldığı rənglərdən biridir.Ona görə əgər rahat ,casual obraz yaratmaq və kənardan çox rahat bir insan olduğunuzu vurğulamaq istəyirsizsə yaşıl geyinin.

 

6) Çəhrayı

Çəhrayı rəng nəinki ,feminine (qadınsayağı) rəngdir eyni zamanda o cavanlığın rəngidir.Qarderobunuza bir neçə çəhrayı rəngdə element əlavə edin .Həmişə cavan və qadınsı görüntü yaradın

7) Narıncı

Narıncı rəng beyinin aktivliyini stimullaşdıran bir rəngdir.Siz bu rəngi iş başında geyinsəz həm özünüz ,həm ətrafınızda olan işçilər aktiv olacaqlar və hər problemi tez çözəcəklər.