Bu gün Ofisdə…

Bu gün ofisdə çiçəklərdir:) Ofis geyimlərində çiçəkli printi olan donlar .Əslində yaz fəsli yaxınlaşdıqda hər bir xanımın qarderobunda çiçək  printi olan geyim elementləri olmalıdır.Çünki , dizaynerlər zatən hər il yaz /yay kolleksiyası hazırlayarkən təbiətin rənglərinə müraciət edirlər.Nəqədər ki ,çiçəklər təbiətimizdə var ,belə geyimlər həmişə aktual olacaqdır.Bu gün isə klassik formalı çiçəkli don seçdik.

Siz çiçəkli donlar ilə  ofis üçün  rahatlıqla obraz yarada bilərsiz.Üzərində olan çoxlu rənglər bunun üçün əla fürsətdir.

Üzərindən klassik Trenç ,Kardiqan ,Pencək ,Sviterlərdən istifadə edə bilərsiz.Obraz yaradarkən ,ya donun ümumi rəngini ( bizim seçimimizdə ağ rəngdir) götürüb ona uyğun üstlük seçirsiz,ya üzərində olan çiçəklərin birinin rənginə uyğun ,ya da  bütün çiçəklərin rənginə uyacaq bir rəng seçib kombin etmək olar.Aksesuarlar baxımından da eyni hiyləni işlətmək mümkündür .Məsələn ağ dondur -üzərində olan çiçəklərdə yaşıl rəng varsa , bu rəngdə ayaqqabı ,çanta ,aksesuar seçimi  və ya kosmetik toxunuşlar edə bilərsiz

Üzərindən bolero ,kardiqan geyinmək olar ,klassik saat ,ayaqqabı çanta ilə obrazı tamamlaya bilərsiz

Hətta obrazda bir neçə çiçəklərin rəngini birləşdirmək olar.Məsələn aşağıdakı obrazda donun ümumi rənglərini götürsək,xaki rəngi (uyan rənglərdəndir )ilə  bir üstlük (kardiqan ,pencək ,plaş ) seçmək ,üzərində olan çiçəklərdən bordo rəngi(bordo ,xaki ilə də uyum sağlayır) ilə ayaqqabı ,şərf əlavə etsək maraqlı obraz alınacaq.Rənglərlə oynaya bilərsiz ,amma çalışın hər şeyi çox eleqant edin .

Yazda ən çox istifadə edilən -klassik trençlər də ofis geyimi kimi donların üzərindən  geyinilə biləcək elementdir.

Obraz yaratmaqda çətinlik çəkirsizsə ,ən klassik ,ən neytral ,ən ciddi rəngləri seçin.Qara ,bej ,boz və s.

Donun yaxalığı varsa ,sadə bir sviter  geyinib yaxalığı üzərinə çıxardaraq ofis stili yaratmaq olar.