Gənc ANANIN qarderobu …

Gözəl geyinmək, gözəl görünmək ananın özü və yaxınları üçün tək estetik zövq deyilmiş, məgər. Əslində, bu nüansa diqqət etməklə daha önəmli işlərin kərpicləri hörülür.

Analar həm böyütməkdə olduqları balacalarının zövqünün formalaşmasına, estetik baxışlarının yetkinləşməsinə təsir edirlər. Qız övladları düzgün geyinməyi, zövqlü olmağı analarından öyrənirlər. Oğlan övladları isə qadın idealı üçün nümunəni analarına bənzər seçirlər. Təbii ki, bütün bunlar hiss olunmadan zamanla baş verir.

Çox təəssüf ki, bir çox xanımlar körpə dünyaya gəldikdən sonra aldıqları çəki səbəbi ilə və vaxt azlığından ələ keçən hər geyimi daşıyaraq, qarderob işini ertələyirlər. Düşünürlər ki, hələ bu vəziyyətdə yeni geyim almağın və ya geyimə vaxt, pul xərcləməyin mənası yoxdur. Hələlik köhnə və formasız nələrləsə yola vermək olar. Bütün bu görüntüyə rənglənməmiş saçlar, manikürsüz dırnaqlar və makiyajsız sima əlavə olunur.

Küskünlük və depressiya yaranmasın neyləsin?

Bəs, biz analar komfort və estetik zövq üçün geyim seçərkən nələrə diqqət etməliyik?

1-ci növbədə ana olduqdan sonra qarderobumuzu mütləq restavrasiyaetməliyik. “Eybi yox, arıqlayacam, onsuz da”- deyərək, əvvəlki geyimlərinizlə “münasibəti” bərpa etməyin. Qarderobunuzu yeniləmək üçün ilk olaraq həyat tərzinizə, haralara getdiyinizə, nə etdiyinizə diqqət edin. Yeni ana mağazaya getməyə, övladı ilə gəzintiyə, yoldaşı ilə qonaq getməyə, rəfiqələri ilə görüşə və evdə gündəliyə uyğun qarderob formalaşdıra bilər. Ancaq bir nüans diqqətdə qalmalıdır. Hansı ünvana daha çox gediriksə, məhz həmin məkana uyğun da geyimlərimizin dəsti çox olmalıdır. Misal üçün daha çox uşaqla gəzintiyə gedirsizsə, demək gəzinti üçün geyimlərinizin faizi digər geyimlərinizlə müqayisədə daha çox olmalıdır.

Qarderobumuzu formalaşdırarkən yeni çəkimizə, maksimum komforta və yeni həyat tərzimizə uyğunluğu nəzərə almalıyıq.

Nələr ala bilərik?

A siluetli bir don. Bu don həm kilolarımızı gizlədəcək, həm də dəbli olmağa səbəbdir. Bu cür donu komfort üçün loaferlərlə geyinmək əla olar. Bu cür həm övladımızla, həm rəfiqələrimizlə gəzintiyə gedə bilərik. İstənilən vaxt həyat yoldaşımızla qonaqlığa getmək üçün isə ayaqqabıları kiçik hündürlüklü kabluklara trafnsfer edəcəyik

Və ya bu ilin dəbi olan don köynəklərlə uyğun bir rəngdə olan platforma ayaqqabı kombin etmək olar. Krossovka da bu cür donlara yamaq olmaz, məncə. Amma çalışın donlar dizdən olsun, əks halda övladınızın ardınca istənilən fəndi həyata keçirə bilməyəcəksiniz 🙂

Digər bir variantda isə klyoş ətəklə t-shirt və ya svitşotla (sviter) geyinmək olar. Amma yenə loaferlər və krossovkalar ayaqqabı qismində çıxış edə bilər Svitşot və ya boyfriend cinslər eynilə , mom cinslər ilə olan obraz da rahatdır .Ancaq ,daha xanımsayağı görüntünü itirməmək üçün 5 sm-lik stiletto-larla birşləşdirə bilərsiz. Yorulursuzsa, krossovka kimi dostunuz var.

Qış və payız fəslində trençkotlar, kardiqanlar artıq çəkini gizlətməkdə idealdır eyni zamanda , istənilən geyimlərə uyğunlaşa bildiklərindən onlarla dostlaşa bilərsiz. Bomberlər də çəkini gizlədə, sizi dəbli göstərə və ən nəhayət sizə komfort bəxş edə bilər.

Uzun qayışlı kiçik çantalar “əlinizdən tutacaq”. Bu cür balaca çantaya telefonunuz, açarlar, cüzdan yerləşəcək. Ancaq övladınızın bütün “cehizini” isə xüsusi əl çantasında daşıyın. Belə olanda vacib əşyalarınız körpənin əşyalarına qarışmayacaq, amma əlinizdə də xüsusi yer tələb etməyəcək.

Ana olduqdan sonra evdə və cəmiyyətdə yuxusuz görkəmimizə üstəgəl baxımsızlıq əlavə edib zombi kimi dolaşmaq lazım deyil.

Demək, vəzifəmiz: 

Özümüzə qulluğa minimum olsa da, vaxt sərf etmək. Gündə 15 dəqiqə.

Qarderobu yeni bədən ölçüsünə adaptə etmək: Mövcud olanlara  1- 2 yeni elementi əlavə etməklə.

Qarderobu yeni həyat tərzinə uyğunlaşdırmaq. Qaça-qaçlı, kaskadyor həyat tərzi desək yalan olmaz. 🙂

Kapsul qarderob formalaşdırmaq. Əgər “kapsul qarderob nədir”- deyə sual verirsizsə, qısa şəkildə izah edim ki, kapsul qarderob bir-birilə (forma, rəng, faktura görə) uyğunlaşan 7-15 predmetdən ibarət 20 və hətta 50 geyim kombini formalaşdıran qarderobdur. Bunun üçün əvvəlcə bazanız olmalıdır. Yəni hər şeylə uyğunlaşan amma uzun zaman geyinilməyə dözəcək keyfiyyətli geyimlər. Yuxarıda bəzilərini sadalamışam. Daha bir məsləhət. Uşağa süd verərkən və mürgüləyərkən ağlınıza kombin gəlir, ancaq sonra unudursuz və harasa getmək lazım olanda xatırlaya bilmirsiz?Tanış situasiyadır. Ağlınızda formalaşdırdığınız kombinin tez bir zamanda döşəməyə və ya çarpayıya düzüb telefonla şəklini çəkin, yaddaşa atın.

Geyimimiz necə olmalıdır?

  1. Geyimlər az olmalı, amma öz aralarında asanlıqla uyğunlaşa bilməlidir.
  2. Geyim rahat olmalıdır, xüsusilə, körpənin ana südü ilə qidalanması üçün
  3. Geyimləriniz nəfəs alan materialdan olmalıdır. Çünki ilk vaxtlar daha çox tərləyəcəksiz.
  4. Geyiminiz təbii materialdan olmalıdır. Çünki körpəniz geyiminizə hər cür toxuna bilər dili ilə, üzü ilə. Yəni geyiminizi hər cür hətta çeynəyərək test edə bilər 🙂
  5. Paltarlar asan yuyulan olmalıdır. Çünki körpə istənilən vaxt böyük məmnuniyyətlə onu batıra bilər. Sizin isə kimyəvi təmizləmə məntəqəsinə getməyə, xüsusi yuyucu vasitələrdən istifadə etməyə xüsusi ehtiyatla yumağa və qurutmağa zamanınız yoxdur.
  6. Geyim elə ölçüdə olmalıdır ki, çatışmazlıqları gizlətsin, amma var olan üstünlükləri qabartsın. Çəki artıbsa, olduğunuz ölçüdən daha böyük bədən almaqdansa, oversize geyimlər alın. Çəkini gizlətmək üçün çalışın şaquli zolaqlı geyimlər, boynu V-formalı bluzlar geyinin.
  7. Geyim müxtəlif hərəkətlərə uyğun olmalıdır. Əyilməni, qaçmanı, çöməlməni və s. çətinləşdirməli deyil.
  8. Şalvarlar elə hündürlükdə olmalıdır ki, sizin istənilən hərəkətinizdə heç bir nahiyəniz tamaşaçıların ixtiyarına verilməsin.
  9. Ayaqqabılarınız isə asan geyinilən, asan bağlanan olmalıdır. Yəni bağsız filan bir tipdə.

 

SOS. İdman geyimləri ilə gəzinti geyimini səhv salmayın. Siz evdən çıxarkən sport geyimini unutmalısız. Siz yalnız sport tipli ayaqqabılar digər geyimləri rahatlıqla kombin edə bilərsiz.

Məqaləni oxuyub bitirdikdən sonra formalaşan modabaz həvəsiniz sönməmiş qarderobu analiz edin, bazarlıq üçün 2-3 geyim yazılan siyahı formalaşdırın. Siz bu işə bir azca ara versəniz, əmin olun, yenə də küçədə dəbli və zövqlü gəzən qızlara baxaraq ana olmağın zövqünü tamlığı ilə yaşaya bilməyəcəksiniz. Gələcəkdə isə körpənizlə çəkdirdiyiniz şəkilləri ona utanc və gülüş hissi ilə göstərəcəksiniz.