50 -ci illərin stilini yarat…

Bu gün çox xanımların sevdiyi bir dövrə  səyahət edirik.50- ci illərin modası!

Demək olar ki , 50 -ci illər dəbə Qadınsı obrazı  yenidən qaytardı .Qadının incəliklərini vurğulayan geyimlər ,xüsusən də donlar bədən formasından asılı olmayaraq bütün qadınları gözəl göstərirdi.Bu gün xüsusilə 50 -ci illərin donlarından danışacağıq.Əlbəttə dar ,kəsimli donlar da var idi

Lakin,daha çox klyoş  formalı kəsimi olan donlar öndə idi .Dior -un yaratdığı “Yeni Qadın ” obrazı məhz belə don

geyinən qadın idi.

Getdikcə təəssüf ki , belə donların geyinilməsi azalıb.Daha çox dar ,kip oturan geyimlərə üstünlük verilir.Daha qısa kəsimlər geyinilir.Bu donlar isə daha çox dizdən ,və ya dizdən bir  neçə sm aşağı uzunluqda olurdu ,yuxarı hissəsi kip oturan bu cür donlarda qadının gözəl çiyin xəttləri ,sinə quruluşu vurğulanırdı ,bel isə alt hissənin  klyoş olmasına baxdıqda daha incə görsənirdi .Hətta , çox vaxt kəmərlərdən istifadə edilirdi.Beləliklə ,siz də öz bədən formanızı daha qadınsı göstərmək sitəsəniz bu biçimli donlardan istifadə edin.Əgər gündəlik geyinəcəksinizsə ,müəyyən aksesuarlardan (şərf ,yaylıq ola bilər ) istifadə edib obraz yaratmaq olar.Ayaqqabı stiletto və ya babetlərdən istifadə edə bilərsiz

Əgər xüsusi gecəyə dəvət almısınızsa 50 – ci illərdən ruhlanıb  vintage bir stil yarada bilərsiz.Məsələn belə bir donla ,əlcək və ya baş üçün vual ,müxtəlif papaqlardan istifadə etmək olar. Xüsusən çiçək printli donlar  xanımlıq qatacaq obrazınıza

Son zamanlar bir çox brendlər artıq bu tip geyimlər ətəklər,donlar istehsal edirlər.

Obraz yaratmaq sizin əlinizdədir.Artıq müasir dövrdə modabazlar 50 – ci illərin dəbini bir çox aspektdən istifadə edirlər .Məsələn ,o dövrün makiyajını da geyiminizə ( və ya başqa geyimlərinizə də uyğunlaşdıra bilərsiz) əlavə edə bilərsiz.Və ya saç düzümünü edə bilərsiz (çalmalar bağlamaq olar )

Eyni zamanda müxtəlif elementlərlə ,belə donu müasir formaya salmaq olar :üzərindən cins köynək geyinmək ( beldən köynəyin tərəflərini bir-biri ilə bağlamaq olar ) Crop ilə geyinmək ,corablar ,əlvan aksesuarlar ,sport ayaqqabı və s. Yetər ki ,bu illərin dəbindən ruhlanıb öz təxəyyülünüzü obrazda göstərin 🙂