Zövqlü Qadın üçün Səltənətdən Vaz Keçmək !

3 dəfə evli olan (3 -cü evliliyi – Uels Şahzadəsi Edward VIII ) dövrünün ən zövqlü xanımlarından birinə çevrilmiş Wallis üçün Böyük Britaniya Krallığının Uels Şahzadəsi Edward VIII  -ci öz Səltənətindən vaz keçdi…

Bir qadın nə etməlidir ki, bir şahzadə öz krallığını yox ,məhz onu seçsin?

Wallis gözəl qadın olmayıb ,amma onun öz sözləri də bunu deyir ki, çox xarizmatik bir şəxsiyyəti olub ,və zövqlü geyim tərzi onu həmişə fərqləndirib.

“Mən gözəl deyiləm ,amma bilirəm ki ,bir məclisə girəndə bütün kişilər mənə baxır ”

Wallis Simpson

Wallis çox zərif bədən quruluşuna malik olub və bu incəliyini həmişə geyimlərində həmişə göstərməyi bacarıb.O əsasən zərif donlar ,maraqlı daş-qaşlı broşlar ,saç aksesuarları ,bel kəmərlərindən çox istifadə edirdi.

“Belə baxanda məndə görünüşdə baxılası bir şey yoxdur ,amma  mənim bacardığım tək  bir şey  var ,o da digərlərindən daha gözəl geyinməkdir”

Wallis Simpson

Boşanmış qadın olduğu üçün onu Krallıq qəbul etməsə də ,şahzadə öz krallığını ona dəyişdi.Ömürlərinin sonuna kimi birlikdə yaşadılar .Əlbəttə ,onun həyatı heç də asan olmayıb .Lakin , “O”moda aləmində stil ikonu kimi həmişə seçiləcək bir qadın oldu!