Bu gün Ofisdə Çəhrayı rəngdir…

Bu gün Ofisdə Çəhrayı rəngdir 🙂 Çox qadınsı bir rəng olan çəhrayı çox vaxt iş obrazlarında az istifadə edilir ,xanımların çoxu bu rəngi daha çox əyləncə əhvalı kimi görürlər.Bəzən isə solğun geyimlərinə çəhrayı rəngdə aksesuar ,və ya ayaqqabı ,çanta və s xırda detallar ilə rəng qatırlar.

Çəhrayı rəngi ofisdə geyinmək olmaz ?

sla bu  fikir doğru deyil…Qanunları həmişə qırın,bu rənglə də maraqlı ,ciddi obraz yaratmaq olar .Dress Code (işdə qoyulan geyim qaydalarında ) bu rəngə bir çərçivə yoxdursa ,oxumağa davam 🙂

Bəli bu gün çəhrayı dondan danışacağıq.Diqqət edəcəyiniz 1 -ci məsələ donun forması olacaq.İş üçün çox qısa ,həddindən artıq dar don seçməyin ,çünki bu bir az klub effekti yaradacaq( lakin üzərindən dondan uzun qara bir blazer və alçaq dabanlı oxford ayaqqabıları geyinəcəksinizsə ,sadə bir makiyaj edərək qısa donu da geyinmək olar ).Dizdən 5-10 sm yuxarı ,dizdən və ya dizdən aşağı olan donları seçmək daha uğurludur.Dar donlar da olar, lakin,streyç material (bədənə yapışan materiallardan qaçın ) çalışın olmasın.Yenə də dediyimiz kimi ,belə don geyinsəniz ,üzərində enli üstlük geyinmək olar.

2-ci məsələ rənglərdir.Çəhrayı rənglə  2-3 rəngi  birləşdirərək Color Block( bu haqda məqaləmiz var saytda oxuya bilərsiz ) etmək olar .Məsələn, bu rəng göy rəngin çalarları ,bənövşəyi rəngin çalarları ,yaşıl və hətta narıncı rəngin çalarları ilə qarışdırmaq olar.Ən sadə variant isə qara ,ağ ,gümüşü  rənglərdir.Pastel tonlar isə iş obrazı üçün idealdır.Bu rəngdə bir donu pastel bir ayaqqabı ,çanta ilə sanki neytrallaşdıracaqsız.Cəsarətli xanımlar çəhrayı rəngin özündən ,hətta qırmızı rəngdən də istifadə edərək obraz yaradırlar.

3- cü məsələ makiyajdır.Makiyaj sadə olsa, daha yaxşı olar- əks halda siz hansısa şənliyə ,kluba gedirmiş kimi təəssuratı yaradacaqsız.Zatən bu rəng özü çox cəzbedici ,ışıldayan bir rəngdir.Solğun makiyajla belə, siz seçiləcəksiz!

P.S- Seçilməyi sevən xanımlar çox vaxt bu rəngi seçirlər:) ofisdə də seçilmək gözəldir .

4-cü aksesuar seçimidir.Burada siz boğazınıza pastel tonlu bir şərf bağlamaqla iş qadını obrazına girə bilərsiz.Eynək ,saat kimi aksesuarlardan istifadə edin.Eynilə çox sadə bir dondursa üzərinə maraqlı böyük boyunbağı da taxmaq olar. Çanta ,ayaqqabı yenə də rəng zövqünüzə görə seçə bilərsiz.Forma olaraq isə daha incə daban  stiletto ,və ya masculine ,hətta sport tipində  ola bilər .Çox kobud və 15 sm- lik  platformalardan istifadə etmək o qədər də uğurlu deyil.Kəmərlərdən istifadə etməyi unutmayın ,çantanızla uyğun bir incə və ya qalın kəmər istifadə edə bilərsiz.Daşqaşlı olmamaq şərtilə:)