Frida Kahlo Stil ikonu…

Frida Kahlo… Dövrünün və müasir zamanımızın ruhlandıran stil ikonlarından biridir.

İlk öncə onun stilindən söz açmadan ,onun bir neçə həyat məqamlarına toxunmaq istərdik.Çünki Frida çətin  həyat yaşıyan xanımlardan biri olub ,buna baxmayaraq həyatda özünə yer tutmağı bacarıb və( çox gənc  47 yaşında vəfat edib)ölümündən sonra da həmişə insanlar tərəfindən maraqla qarşılanan bir simaya çevrilib.Frida Kahlo Meksikada doğulub və vəfat edib ,Meksikanın ən məşhur rəssamlarından biridir.Hələ 6 yaşında Polio virusundan ayağının birində inkişafın dayanmasından əziyyət çəkib .Ən böyük dəhşəti isə 18 yaşında avtobus qəzasında yaşayır.Bu qəzadə onurğa,qabırğa,çiyin ,qasıq və ayaqlarında  sınıqları ilə düz 3 ay tərpənməz halda gipsin içində uzanır.Onun necə ağrı çəkməsi təsəvvür edilməzdir.Həyatının sonuna qədər bu ağrılardan əziyyət çəkib.35 əməliyyat keçirən Frida daha sonralar əzmlə üzərində işləyir hətta ,yeriməyə başlayır.Fridanın rəssamlıq bacarığı da məhz bu hadisədən sonra ortaya çıxır.

O uzanıqlı yatdığı halında öz üzərində olan gipsin üzərinə şəkillər çəkməyə başlayır.Atası bunu görüb (artıq gipsdə yer qalmadığı üçün )ona rəsm ləvazimatları alır.Beləliklə, Frida çox möhtəşəm öz həyatını ,ətrafını əks etdirən şəkillər çəkir.Frida məşhur rəssam Diego Rivera ilə ailə qurur ,lakin onun evliliyi də  xoşbəxt keçmir(Diego ona bir neçə dəfə ,hətta bacısı ilə xəyanət edir)onun heç vaxt uşağı olmur .Ömrünün sonuna kimi çox əzablı ,yataq xəstəsi olaraq keçirir,lakin ilk sərgisinin açılışına(ölümündən qabaq) heç kimin xəbəri olmadan yataqla birgə uzanıqlı formada gəlir …

Frida Meksikalı ilk qadın idi ki , onu həmin illərdə Vogue jurnalının üz qabığında görmək olardı.Bəli, Vogue jurnalı Frida Fransada olarkən ,onu jurnalda çəkilmək üçün dəvət edir.Çünki , Frida çox maraqlı bir şəxsiyyətə sahib, üsyankar qadın idi. Fridanın maraqlı geyim stili var idi.O öz milli geyimlərindən istifadə edirdi həmişə ,rəngarəng geyimlər geyinir,çoxlu ,iri ,rəngarəng aksesuarlar taxır,saçını hörüklər, çalmalar ,güllər ilə bəzəyirdi(onun geyimləri muzeydə saxlanılır hətta )

Təbii gözəlliyə üstünlük verirdi – makiyajdan istifadə etmirdi.Son zamanlar saçlarda gördüyümüz iri güllərlə olan bantlar məhz ilk dəfə Frida tərəfindən işlənib.Məhz onun stilindən ruhlanan geyim obrazları çox olduğu üçün artıq bu bir stilə çevrilib ,Frida Stili desək doğru olar.

Müasir dövrümüzdə bu stili həmişə müşahidə etmək olar .Belə bir stil yaratmaq üçün : etnik şərflər ,geyimlər ,uzun ətəklərdən istifadə edə bilərsiz.Saçınıza hörüklər və ya çalma etsəniz və iri sığalar taxsanız Frida stilinə yaxınlaşa bilərsiz.Rəngarəngliyi isə həmişə qoruyun 🙂