Məşhurlardan ofis dərsi

İşə bu gün nə geyinim sualını verirsizsə ,o zaman bu dəfə də dünya məşhurlarından ruhlanaq 🙂

Angelina Jolie

İlk Məşhurumuz Angelina Jolie -dir. Onun geyindiyi masculine kostyum dəstindən iş stili üçün ruhlanmaq olar .Xüsusən yaz /yay fəsillərində açıq rəngli kostyumlar seçib , bej stiletto ayaqqabı və iri klassik çanta götürərək əsl ofis stili yarada bilərsiz .

Diane Kruger

Print və rənglər…İş stilində klassik kəsimli donlardan istifadə etmək olar və bunu Diane Krugerin obrazından ruhlanaraq edə bilərsiz.Sadə və rəngsiz deyil ,əksinə maraqlı print və rəngləri qarışdıraraq ofis obrazı yaradın.

Jessica Alba

Jessica Albanın seçdiyi çiçək printli  ətək , sadə bluz (t -shirt də ola bilər ) və klassik stiletto (ətəyin rəngi ,və ya üzərində olan çiçəklərdən  birinin rəngində ola bilər), eyni rəngdə klasisk çanta ilə əsl yaz obrazı yaradıb.Belə obrazda ətək dizdən və ya dizaltı ola bilər.Ofisdə xoş əhval yaradacaq stildir.

Lily Collins

Eyni sözləri bu stil haqqında da demək olar .Burada isə sadə ağ T-shirt dən istifadə edilib.Fikir verdinizsə ,çoxluqla belə obrazlarda klassik ,hündürdaban ayaqqabı geyinilib.

P.S-Sport ayaqqabı ,və ya masculine formalı loafer ,oxford tipli ayaqqabılar ilə geynilərkən belə stil casual -gündəlik stil olacaq.Lakin ,baxır işdə vəzifəniz  və ofisdə olan dress kodun limitlərinə…Əlbəttə, daha ciddi və güvənilir obraz yaratmaq istəsəniz hündürdaban ayaqqabı seçin.

Miranda Kerr

Bədənə yaxşı oturan midi uzunluqlu don .İş qadınlarının çoxunun seçimi həmişə belə donlar olur.Bu stildən ruhlanaraq,belinizə kəmər taxa bilərsiz (bu həm də belinizin incəliyini vurğulayacaq) ,maraqlı rəngli çanta ilə obraza başqa görünüş verə bilərsiz.

Olivia Palermo

Polka dots -ağ -qara xallar .Belə köynəklər ,donlar həmişə ofisdə maraqlı obraz yaratmağa kömək edir.Olivianın stilindən ruhlanıb ,bəyaz rəngə və xallı bluzlara müraciət edin.Burada ayaqqabı da eyni fakturada seçilib ,siz eynilə bəyaz ,qara ,qırmızı kimi rəngləri də seçə bilərsiz.

Reese Witherspoon

Ağ klassik köynək iş stilinin danılmaz elementidir.Bu obrazdan ruhlanıb ,maraqlı rəngli ,printli ətəklər geyinə bilərsiz.Aksesuar və kosmetikanı da geyimə uyğunlaşdırmağı unutmayın.