Audrey Hepburn Stil İkonu

“Mən inanıram ki ,Xoşbəxt qızlar Ən gözəl qızlardır.”

İkinci Dünya Müharibəsinin acılarını  ,vəhşiliklərini görmüş ,aclıq ,zorakılıq yaşamış iri gözləri və çox minion bədən ölçüləri  ilə hamını valeh edən Audrey Hepburn …O hələ uşaqlıqdan balerina olmaq arzusunda olur ,çox çalışır ki ,balerina olsun ,lakin ona -boyunun hündür  olması ilə əlaqədar bu sənətə uyğun olmadığını deyirlər.Bundan sonra isə Hepburn çox maddi  çətinlikdə olduğu üçün gələn təkliflərlə aktrisalıq etməyə başlayır və beləliklə ,onun ilk addımları atılmış olur.

Modabazlar (nəinki ,modabazlar bütün qadınlar) isə onu ən çox  “Breakfast at Tiffany’s” ” Tiffanidə səhər yeməyi ”  filmindəki obrazı ilə sevirlər

Audrey dövrünün ən maraqlı simalarından birinə çevrilir.Arıq ,cansız vücudu ilə ən cazibədar qadına çevrilir.Elə müasir dövrümüzdə də Hepburn Stil İkonu olaraq qalıb və qalacaqdır.Çünki Audrey bir çox geyimləri və stili bizə bəxş etdi.Kiçik Qara Don ,balerin ayaqqabılar (baletkalar) ,loaferlər ,beldən klassik şalvarlar,balağı qısa şalvarlar ,ağ köynək ,zolaqlı bluzlar ,iri yumru gün eynəklərı,baby doll donları ,taxma kirpiklər,inci boyunbağı və s bir çox geyim elementlərini dəbə salan məhz O oldu.

P.S- Hepburn geyimlərində ağ əlcəkdən çox istifadə edirdi .

” Mən Çəhrayı rəngin gücünə  inanıram,mən inanıram ki ,gülüş daha çox kolori yandırır,mən öpüşlərə inanıram ,çoxlu öpülmək …Mən güclü olmağa inanıram ,hər şey bərbad olduğu halda belə güclü olmaq…mən inanıram ki ,xoşbəxt qızlar ,ən gözəl qızlardır …mən sabaha inanıram ,sabah başqa bir gündür ,və mən möcüzəyə inanıram !”

Həyatımızda bir çox obrazlar hazırlamalı oluruq ,gündəlik ,iş , səyahət ,gəzinti ,şam yeməyi və s. Audrey Hepburn stilindən bir neçə nümunə seçdik .Gündəlik və ya gecə geyimlərinizdə bu obrazlardan ruhlanıb Audrey stili yarada bilərsiz.

Audrey Hepburn stili yaratmaq istəyirsinizsə ,qarderobunuzda mütləq Trenç,qara balağı qısa beldən şalvar ,zolaqlı şalvar ,zolaqlı bluz ,boğazlı sviter ,loafer və baletkalar , kiçik qara don ,ağ köynək mütləq olmalıdır