Bu gün Ofisdə

Bu gün ofisdə saf rəng sayılan bəyaz rəngdir.Əslində bir çox xanımlar iş üçün ağ rəngi geyinməkdən ehtiyyat edirlər.Əlbəttə ki ,tez çirklənə bilmə ehtimalı 1 -ci səbəbdir,digər səbəb isə ağ rəngin çəkili göstərməsidir.Daha çox artıq çəkisi olmayanlar ağ rəngi geyinməyə həmişə cəsur olurlar.Lakin bəzi hiylələrlə ağ rəngi də geyinərək qüsursuz görsənmək olar.Bu haqda ayrı mövzumuz olacaq 🙂 indi isə” Bu gün Ofisdə “rubrikamıza qayıdaq.

P.S -Çirklənmə mövzusunu isə unudun ,zaten hər geyim çirklənir ,gün ərzində hava,mühit getdiyimiz məkanlar və s . istər istəməz geyimlərimiz olduğu qədər də təmiz deyil əslində ,bir az ləkələnmədən ehtiyatlı olun sadəcə. Əgər özünüzə qulluq edən xanımsızsa ,geyimlərinizi də  səliqəli, təmiz olmasına diqqət edirsiz və paltarları yumaq isə o qədər də çətin bir iş deyil 🙂 “qara geyinim çirkli olması bilinməsin” deyənlər isə yəqin ki tənbəl xanımlara məxsus sözlərdir.Əksinə yaz-yay fəslində düşünün ağ geyinmənin necə gözəl üstünlükləri var :bədən nəfəs alır,az tərləyir (materiala da diqqət edin)gün işığını yaxşı ötürür,pozitiv bir əhval bəxş edir ,təmiz xanım olmağınızın göstəricisidir.Bir də zamanla ağ rəngə müraciət edin ki ,aldığınız kilolar varsa (qara rəng sizi aldadacaq ağ isə əsla) onları da görüb ideal çəkinizə qayıtmağa stimul alasınız 🙂

Ağ rəngi necə geyinmək olar ?Əslində ağ rəngi ofisdə çox dəyişik geyinmək mümkündür,çünki demək olar ki ,çox rənglərlə uyğun olması bizə bu  üstünlüyü  yaradır.

Ağ rəngli donu geyinərkən ,materialına ,uzunluğuna diqqət edin.Ofisdə hər kəsin sizin alt geyimlərinizi görməsi yaxşı olmayacaq.Rahat hərəkət edə bilmək üçünsə ,çox kip ,çox qısa donlar seçməsəniz daha yaxşıdır.Əgər belə bir seçim etmisinizsə ,mütləq donun üzərindən uzun kardiqan və ya blazer geyinin.Ağ donlarla kəmərlərdən istifadə edin,qəhvəyi ,qara ,qırmızı ,pastel tonlar və s.Pastel tonlara gəldikdə ,ağ rəng bu tonlarla çox gözəl görsənir.Pastel rənglərində ayaqqabı ,çanta ,aksesuar ,pemcək geyinə bilərsiz.Ağ donlar boğazınıza printli yaylıq,şərf hətta saçınıza bant bağalaya bilərsiz.

Ağ donun üzərindən maraqlı klassik uzun masculine jilet, boğazında inci işləməsi olan hansısa sviter ,rəngarəng blazer geyinib maraqlı obraz yarada bilərsiz.Ayaqqabı  seçimi isə öz rahatlığınız  və ofisdə geyim qaydalarına uyğun seçmək ən doğrusudur.

Ağ qızılı və gümüşü rənglərlə də gözəl uyğunlaşır.Lakin ,ofisdə çox parıltı qəbul edilməz olduğu üçün,nazik qızılı kəmər və ya qızılı saat ola bilər .

Əgər çox ciddi bir ofis ortamında işləyirsizsə ,ən uyğun seçim elə qara rəng olacaq.Ağ-qara klassikası həmişə ciddi obraz yaratmaq üçün ideal olub.

P.S -Əgər ,”yox mən qısa donumu geyinəcəm” deyirsizsə , digər bir məqama da diqqət edin.Donun yuxarı hissənin qapalı olması lazımdır