Marylin Monrodan …stil dərsi

36 yaşında dünyasını dəyişən ,lakin əsrlərdə yaşayan  bir Stil İkonu daha…Marylin Monroe

Marylin  model olaraq karyerasına başlayır və tezliklə aktrisalıq sənətinə addımlar atır.50-ci illərin sex simvoluna çevrilən Marylin ,həm də trend yaradıcılarından  idi.Marylin öz qırmızı dodaq boyası ,hündür daban ayaqqabısı (heç vaxt evdən hündür daban ayaqqabısız çıxmazdı) ,göz layneri (liner ),gülüşü ,saç kəsimi və yerişi ilə dövrünün stil ikonuna çevrilmişdir.

Marylin Monroe özünü  çox vaxt xoşbəxt qadın kimi hiss etməsə də,dünyada  elə bir iz qoyub ki ,əsrlər dəyişsə də onun cazibəsi ön sıralarda qalır…

Marylin bizə bir neçə stil dərsi verdi

1)Qırmızı dodaq boyası hər çatışmazlığı örtər.

2 ) Əgər şübhən varsa ,yüksək bel şalvar geyin .Marylin gündəlik həyatda belə şalvarlardan çox                                            istifadə edirdi.

P.S -bu tip şalvarlar beldən olduğu üçün qadınsı bədən cizgilərini ortaya çıxardır

3) Saçın yaxşı formada deyilsə ,yaylıqlar dostun olsun

4) Kiçik Qara Donu Unut …Kiçik Ağ Don zamanıdır !

5) Yüksək daban ayaqqabılar …”Bu ayaqqabıları kim kəşf edib bilmirəm ,amma bütün qadınlar ona minnətdardır”

Marylin Monroe

6)Crop toplar (beldən olan topiklər) heç vaxt dəbdən düşməz

Eyni zamanda Marylin ,zolaqlı şalvarları ,boğazlı sviterləri ,dar bluzları çox sevirdi.Onun ən çox sevdiyi elementlərdən biri də qələm ətəklər idi.Daha qadınsı lakin sadə bir stildə geyinirdi … Köynəklər ,cins şalvarlar ,şortlar onun əvəzedilməz qarderob elementləri idi.

Eyni zamanda bədənə kip oturan donları çox geyinirdi.O həmişə bədəninin cizgilərinin görsənməsini sevirdi.

Fakt :Monroe -nun ayağının biri digərindən qısa olduğu üçün sanki axsayırdı ,lakin o bunu elə bir yerişə çevirdiki ,bədənin qıvrımlarını ortaya qoyaraq ,bu qüsuru tamamən gizlətmişdi.