Model günü :Natalia Vodyanova

Bu gündən sizi dünyada məşhur olan  modellər ilə tanış etməyə  ,həyat və karyeralarından maraqlı faktları göstərməyə çalışacağıq.

Bu gün isə model günündə  -33 Yaşlı 4 uşaq anası  Natalia Vodyanovadır  …

O ən məşhur və ən varlı ( Forbes jurnalının sıyahısında $8.6 milyon büdcəsi ilə yer tutur) modellərdən biridir.Əslən Rus olan Natalia 15 yaşından modellik həyatına addım atıb.17 yaşında isə artıq O,Parisdə yerləşən Viva Models agentliyinə gedir .Beləliklə,kasıb kənd həyatından çıxan Natalianı hələ qabaqda əsl nağıl aləmini gözləyirdi…İngilis aristokrat ailəsindən olan  Justin Portman ilə tanış olur və 2001 -ci ildə(toyunda  8 aylıq həmilə idi) onunla ailə qurur.

Onların 3 uşağı var , lakin onlar 2011 ci ildə boşanırlar ,elə həmin il Vodyanova Berluti brendinin yaradıcısı  Bernard Arnault ilə tanış olur .2014 -ci ildə yenidən ana olur və hal-hazırda 4 uşaq anası, çox gözəl forması ilə yenə ən tələb olunan modellərdən biridir.Əsasən də üz cizgiləri onu fərqləndirir.