Qarderobda İddialı

Son zamanlar küçə dəbində ən çox rastladığımız bir geyim elementi küpür detallı ətəklərdir,müxtəlif forma və rəngdə..Modabazlar asanlıqla gecə ,ziyafət elementi sayılan güpür ,krujiva kimi detalları adı gündəlik həyat ,hətta iş həyatına adaptə etdilər.Artıq hətta biz belə tip ətəkləri sport ayaqqabılar ilə də tez-tez görürük ,maraqlıdır ki ,belə obraz heç də zövqsüz görsənmir .Kiçicik və ya bütün bir  güpür elementi olan qara ətək (formaca qələm olsa daha çox  obrazlar əldə etmək olar)Qarderobunuzda olmalıdır və iddialı geyim adını qazanacaqdır.Belə ətəkləri siz adi oversized sviter ilə ,boş sport svitşot  ilə ,crop toplar ,köynək ,klassik pencək  və s ilə geyinərək müxtəlif obraza girə bilərsiz.Əsas üstünlük odur ki ,sport stil geyinsəniz belə sizin qadınsı görünüşünüz hamını valeh edəcək ,axı güpür qadınsayağı  elementdir!