Həftə sonu ,Converseləri necə geyinək…

Çox rahat ayaqqabı  növlərindən biri olan Conversləri həftə sonu obrazında necə geyinək.Əslində əlbəttə ,bu tip sport ayaqqabıları hər bir stilə uyğunlaşdırmaq olar ,biz isə əsasən yaz və  qarşıdan gələn yayı nəzərə alaraq sizə 2 alternativ sunuruq.

Şortlar və Donlar

Siz  klassik ( tünd mavi)  ,ağ rəngli  ,ya da müxtəlif rənglərdə olan converslərdən istifadə edə bilərsiz .Əlbəttə ,klassik conversləri uyğulaşdırmaq daha asan olacaq. Obrazınızı daha çox cins şortlar ,və ya parça şortlardan istifadə edə bilərsiz.T-Shirtlər həftə sonu rahat obraz yaratmaq üçün idealdır.Qısa cins gödəkçələr ,dəri gödəkçələr ,blazer və kardiqanlardan istifadə edin. Crop Toplar geyinə bilərsiz .Eyni zamanda zolaqlı toplar converslərlə çox maraqlı kombin yaradır.

P.S- Unutmayın Converslər rahat olsalar da ,tərkibi rezin material olduğu üçün çalışın gün ərzində 3 saatdan artıq ayağınızda qalmasın.

Donlar ilə Kombin edərkən müxtəlif printli, xüsusən çiçək printli donlardan istifadə edə bilərsiz.Romantik bir həftə sonu obrazı yaranacaq. Maxi uzunluqlu ətəklər də olar ,amma çox vaxt qısa donlar ilə sweet look  -şirin obraz  yaratmaq olur. Belə geyimlərdə aksesuarlara çox ehtiyac olmur(saçınıza çalma taxa bilərsiz və ya papaqlardan istifadə edib maraq qata bilərsiz)

Eynilə sadə ağ və ya qara donlar geyinə bilərsiz.Converselər ilə krujivalı donlar da gözəl görsənir.