Bu gün ofisdə

Bu gün həmişəki ənənənimizi davam etdirərək ,Ofis geyimində sizə fərqli obraz seçimi sunuruq.Bu gün ofisdə daha da riskli ilan dərili ətəkdir.Sözsüz ki ,belə materialda olan ətək çox cazibədar görüntü yaratdığı üçün ilk öncə diqqət edəcəyiniz məqam onun uzunluğu olacaq.Ofisdə belə dərili ətək geyinəcəksinizsə ,qısa (mini) ətəyi unudun ,ən azı dizdən və ya midi uzunluqlu olsa daha uğurlu obraz yaranacaq ( qələm ətək ən doğru seçimdir.)

İlan dərisi müxtəlif rəng çalarında ola bilər ,daha çox bej ,qəhvəyi ,qara ,ağ ,boz açıq mavi ,açıq yaşıl kimi rənglərin qarışığından olan rəng seçin.

İlan dərisi ətək geyinərkən bacardığınız qədər aksesuarı azaldın ,makiyaj da sadə olsa iş obrazına daha yaxın olacaq.Çünki ,ilan dərisi özü elə qışqıraraq  “mən varam ” deyən bir materialdır.Bu ətəklərdə sizi nəzərdən qaçırtmaq mümkün deyil.

P.S.-Parıltılı ,lak effektli ətək seçimi etməyin bu daha çox party ,klub obrazına uyğundur.

Beləliklə,İlan dərili qələm ətəklə ofisdə nə geyinək ?

Ən uğurlu variant sözsüz ki ,sadə köynəklərdir.Yüngül ,hətta şıfon material ola bilər( ilan texturasının üzərində olan rənglərdən də seçə bilərsiz -bej ola bilər məsələn )Köynəyi ətəyin içərisində saxlayın ,xüsusən də əgər yüksək bel qələm ətəkdirsə.

Digər variant isə köynək və üzərindən sviterdir.Yenə də rənglərlə,oynamaq olar köynək və sviterin rəngi fərqli tonlarda olsa daha maraqlı obraz yaranacaq.İşinizdə görünüşünüz  ciddi dress code ilə ölçülmürsə ,və ya daha çox yaradıcı işdirsə ,crop toplar ilə geyinə bilərsiz ,üzərindən klassik pencək və ya gödəkçə geyinmək olar.Eyni zamanda peplum bluzlar istifadə etmək olar.Sadə qısa enli sviter ilə də sadə obraz yaratmaq olar.Klassikanı və romantikanı həmişə balansda tutun .