Moda və texnologiya birləşərsə

Zövqlə geyinmək bir sənətdir və insanın xarici qədər ,daxilinə -ruhuna da təsir göstərir. Mənim fikrimcə yalnız dəbi izləməklə stil sahibi olmaq mümkün deyil. Amma, öz zövqünüz, seçimlərinizlə yanaşı dəbi izləsəniz və moda sahəsindəki biliklərinizi inkişaf etdirsəniz mükəmməl nəticə əldə edərsiniz. İnkişaf dedikdə ağlımıza ilk olaraq texnologiya gəlir. Texnologiya dedikdə isə, demək olar ki ,hal-hazırda əksər insanların istifadə etdiyi ağıllı telefonlar. Bu telefonlar bizim bir çox işdə köməyimizə çatır. Müxtəlif məqsədlər üçün istifadə etdiyimiz Smartfonlar həyatımızı asanlaşdırır desək yanılmarıq. Bəs bilirsinizmi moda ilə texnologiya harada kəsişir? Modayla bağlı mobil tətbiqlərdə.

FashionTalks

Etel Balerin “Moda danışır” devizi ilə yola çıxdıqı, hal-hazırda olduqca populyar olan bu mobil tətbiqi ilə gündəlik stilinizi buraya yükləyirsiniz. Burada like əvəzinə glam verərək hər bir stili dəyərləndirə bilərsiniz. Stilin dəqiq və bütün boy çəkilmiş olması şərtdir. Kişilərin də olduqca böyük maraq göstərdiyi bu mobil tətbiq dünyanın 78 ölkəsində inglis dilində istifadə olunur. Burada hər gün populyar stillər bölməsinə əlavə olunan stillərdən ilham ala bilər, qaleriya bölməsindəki kateqoriyalara görə axtardığınız stilləri və geyimləri asanlıqla tapa bilərsiniz. Bundan sonra “görəsən haradan alıb” əvəzinə,  görəsən Fashion Talks -a üzvdürmü deyə soruşacaqsınız.

Stylect

Ayaqqabı seçimi bir çox insan üçün olduqca çətin işdir.Stylect ayaqqabı seçimini bizlər üçün daha maraqlı hala gətirən tətbiqdir. İlk olaraq marka bazarından bəyəndiyiniz markaları seçirsiniz, sonra həmin markaların modelləri ilə tək -tək tanış olursunuz. Bəyəndiyiniz ayaqqabıları  sağ hissəyə, bəyənmədiklərinizi isə sol hissəyə sürüşdürərək  “wish list” ə əlavə edirsiniz. Seçdiyiniz ayaqqabıları almaq isə sizin istəyinizdən və büdcənizdən asılıdır

Pickr.us

Əslində bu tam olaraq bir mobil tətbiq deyil. Alış-veriş edərkən və ya hər hansı bir yerə hazırlaşarkən çətinlik çəkirsinizsə bu sizin üçün ideal tətbiqdir. Burada siz seçimlərinizi yükləyib, izləyicilərinizin səs verməsi əsasında sizə ən çox yaraşanı seçə bilərsiniz. Bu tətbiqi qeyri peşəkar stilist adlandıra bilərik.

Polyvore

Yeni stillər və məhsullarla tanış olmaq istəyirsinizsə bu mobil tətbiq tam sizin üçündür.  Geyimləri kombin etmək bir çoxlarımız üçün çətin görünür.  Polyvore sayəsində bu işi olduqca əyləncəli şəkildə həll edə bilərik. İzlədiyiniz adamların  kombinlərindən bəhrələnmək,  həm də öz kombinlərinizi dəqiqələr içində yaratmaq bu tətbiq sayəsində mümkündür.

Müəllif :Günay Yunuszadə