Vintaj stili nədir?

Vintaj stili nədir?

Vintaj stilimüəyyən bir zamana və bir dizaynerə aid olan, çıxarıldığı dövrün diqqətə çarpan izlərini daşıyan,ikonlaşmış geyimlər və dizaynlara deyilir.Vintaj geyimlər 1920 və 1980-ci illərə qədər olan dövrün geyim və aksessuarlarıdır.

Audrey Hepburn kimi hollywood ulduzlarının filmlərdə geyindikləri paltar və aksesuarlar,Coco Chanelin blaser pencəkləri, 1960-cı illəri əks etdirən xallı paltar və bluzlar, 1970-ci ilə  aid ispan ətəkli şalvarlar, 1980-ci illərə aid pambıq və sequins, indiki vaxtda da  hələ ən çox maraq görənlər arasındadır.

Vintage modası 19 əsrdə başlamışdır və hal-hazırda da davam etməkdədir. İndiki dövrdə də stilistlərin kolleksiyalarında tez-tez vintaj geyimləri görmək olar. Gucci,Chloe,Valentino,Chanel buna misal ola bilər.

Həmçinin gəlinliklərə nəzər salsaq bu il Vintaj gəlinliklərin dəbdə olduğunu görərik.

Vintage parçaları necə istifadə edə bilərik?

Vintage parçaları gündəlik istifadə edərkən  basic   yəni əsas parçalarla kombinləyə bilərik. Məsələn, tez -tez istifadə etdiyimiz bir jean  ilə vintaj ipək bir bluz geyə bilərsiniz,ya da vintaj uzun bir ətəklə ağ bir Tshirt -ü rahatlıqla geyinmək mümkündür. Burada nəzərə almağımız gərəkən  esas məqam odur ki , başdan aşağı vintaj geyinməkdən  çəkinmək lazımdır.

Vintaj geyimi seçən insanlar  keçmişin gözəlliyini və xarizmasını  geyərkən, bir tərəfdən də özündən başqa kimsədə olmayan bir geyimə  sahib olurlar. Bir dövrə damğasını vuran bir geyimi, üzərlərində daşıyaraq sanki həmin dövrə səfər edirlər.

Başqalarına bənzəmək heç kimdə olmayan geyimləri geyinmək istəyirsinizsə vintaj geyimlər geyinmək ən doğru seçimdir.Demək olar ki,hamı eyni cür geyinir.Vintaj isə insanı geyim mövzusundakı yaradıcılığını inkişaf etdirir.

PS: Ancaq bunuda deməliyik ki, hər ikinci əl paltar vintaj deyil.

Müəllif : Nərmin Həmidli